"Optimal Elektronika" MMC Brend təmsilçisi (Elektronika üzrə) vəzifəsinə işçi axtarır
Brend təmsilçisi- bizim şirkətdə brend menecerlərin əksəriyyəti brend təmsilçisi vəzifəsindən başlayaraq Optimalda öz karyeralarını qurublar. Biz bu vakansiya üzrə seçim mərhələrində pozitiv, mehriban, xoş görünüşlü, ali məktəbi yeni bitirmiş, böyük kollektivdə təcrübə qazanmaq istəyən gənclərimizə üstünlük veririk. Əgər Siz də dünya brendlərini, bizim şirkətdə təmsil etmək, mehriban, pozitiv kollektivin tərkib hissəsi olmaq istəyirsinizsə, bizə qoşulun.
Tələblər:
• Təhsil: Ali və ya orta;
• Azərbaycan və rus dillərini səlist bilməli, ingilis dilini bilənlərə üstünlük verilir.
• Satış təcrübəsi arzu olunandır;
• Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı;
• Satış qabiliyyəti olmalı;
• Məhsulları təqdim etmək bacarığına malik olmaq.
• Xarici görünüş
• Təmiz, səliqəli, gülərüz
Əsas vəzifələr:
• Müştəriləri gülərüzlə qarşılayıb, onları maraqlandıran saulları cavablandırmalıdır;
• Filiala daxil olan müştərilərə məhsul haqqında məlumat verməlidir;
• Lazım gəldikdə məhsulun istifadə olunması texnikasını müştəriyə canlı nümayiş etdirməlidir;
• Daimi olaraq təmsil etdiyi brendin məhsullarının xüsusiyyətlərini öyrənməlidir;
• Brend menecerlərin müvafiq göstərişlərinin yerinə yetirilməsi;
• Müştəri təqdim edilən məhsulu almaq istədikdə, onu lazımi filiala yönləndirməlidir.
Biz Sizə təklif edirik:
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
• Həftədə 6 iş günü, 1 gün istirahət;
• Karyera yüksəlişi imkanı;
• Geyim;
• Ödənişsiz təlimlər;
• Bilik və bacarığınıza uyğun yüksək əmək haqqı;
• Baza əmək haqqı ilə yanaşı, bonus sistemindən faydalanmaq.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Brend təmsilçisi” qeyd edərək öz CV-lərinizi [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.
Son tarix: 20.12.2018