Bank Respublika” ASC “Kredit portfelinin idarə olunması şöbəsinin mütəxəssisi” vəzifəsi üzrə vakansiya elan edir.
Ümumi vəzifə öhdəlikləri:
• Gecikdirilmiş kreditlərlə işin təşkili və təqib prosesinin aparılması;
• Kreditin ödənişinə yönümlü tədbirlərin effektiv həyata keçirilməsi.
Namizədə qarşı tələblər:
• Ali təhsil;
• Təcrübə: bank sahəsində və ya problemli kreditlərlə iş prosesində təcrübə arzu olunandır;
• Dil bilikləri: Azərbaycan dili (əla),
• MS Office (Word, Excel,Outlook) proqramları üzrə biliklər;
• Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq;
• Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə;
• Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə;
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq.
Sizə nə təklif edirik?
• Əlverişli iş mühitində çalışmaq imkanı;
• Karyera və inkişaf perspektivləri.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 25 noyabr 2018-ci il tarixinədək, email-in mövzu hissəsində “Kredit portfelinin idarə olunması şöbəsinin mütəxəssisi” qeyd edərək [email protected]elektron ünvanına göndərə bilərlər.
• Müraciət etmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu tələbləri nümayiş etdirə biləcəyinizə əmin olun;
• Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.