“Bank Respublika” ASC “Zəmanət və akkreditivlər üzrə aparıcı mütəxəssis (Trade Finance)” vəzifəsi üzrə vakansiya elan edir.
Ümumi vəzifə öhdəlikləri:
- Beynəlxalq müqavilələri və digər əlaqəli sənədləri ekspertiza etmək;
- Beynəlxalq zəmanət və akkreditivlərin şərtlərini müzakirə edilmək, SWIFT mətnini hazırlamaq;
- Zəmanət və akkreditivlərlə bağlı ərizələrin təhlilində kredit mütəxəssislərinə dəstək olmaq, müştəri ehtiyaclarını və təkliflərini müəyyənləşdirmək və uyğun həlli yolu tətbiq etmək;
- Beynəlxalq əməliyyatlarla bağlı müxbir banklarla və müştərilərlə əlaqə qurmaq;
- Sənədli əməliyyatlar portfelinə nəzarət etmək və müvafiq hesabatları hazırlamaq;
- Kredit mütəxəssisləri ilə qarşılıqlı əlaqə saxlamaq və Sənədli əməliyyatlar məhsullarının satışına dəstək vermək;
- Zəmanət və akkreditivlər ilə bağlı kredit mütəxəssislərinə təlimlər keçirmək;
- Zəmanət və akkreditivləri icra etmək (həm kağız daşıyıcısında, həm də SWIFT vasitəsilə);
- Zəmanət və akkreditivlərin qeydiyyatını aparmaq (balansdankənar, təminat, komissiya və örtükərin qeydiyyatı) və portfelinə nəzarət etmək.
Namizədə qarşı tələblər:
- Ali təhsil
- Ticarətin maliyyələşdirilməsi və ya Sənədli əməliyyatlar sahəsində ən azı 2 il iş təcrübəsi (Əməliyyatların icraçısı olması önəmlidir);
- Zəmanət və akkreditivlərlə bağlı qanunvericilik, URDG 758 və UCP 600-üz son nəşri barədə biliklər;
- Bank əməliyyatları barədə biliklər;
- SWIFT sistemində işləmə qabiliyyəti, Sənədli əməliyyatlara aid formatları təhlil və icra etmək qabiliyyəti
- Aidiyyatı sənədləri təhlil etmə qabiliyyəti;
- Müqavilələrlə işləmə bacarıqları;
Sizə nə təklif edirik?
- Əlverişli iş mühitində çalışmaq imkanı;
- Karyera və inkişaf perspektivləri.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 25 noyabr 2018-ci il tarixinədək, email-in mövzu hissəsində “Zəmanət və akkreditivlər üzrə aparıcı mütəxəssis (Trade Finance)” qeyd edərəkHR@bankrespublika.az elektron ünvanına göndərə bilərlər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.