“ Mətanət A” şirkəti Satınalma üzrə Aparıcı mütəxəssis vakansiyasını elan edir
Vəzifə öhdəlikləri
- Xarici bazardan (xaricdə olan şirkət və müəssisələrdən) satınalınan materiallara, alətlərə, məhsullara dair tələblərin müəyyən edilməsi;
- Xarici iqtisadi əlaqələrin yaradılması, partnyorların cəlb olunması istiqamətində rəsmi danışıqların aparılması;
- Maya dəyərinin azaldılması və ən uyğun seçimin edilməsi;
- Alınacaq məhsulun vaxtında, uyğun keyfiyyətdə və dəyərdə olmasına nəzarət etmək;
- Müqavilələri səmərəli və şirkətin təchizat siyasətinə uyğun olaraq bağlanması;
- Bazar üçün əhəmiyyət kəsb edən malların xarici dövlətlərdəki istehsalçılarını tapmaq;
- Logistika və nəqliyyat nəzarətinin təşkili;
- Sifariş olunan avadanlıqların daşınması üçün optimal nəqliyyat şirkətinin seçilməsi.
- Alınan malların keyfiyyətinə nəzarət;
- Satınalma zamanı yarana biləcək riskləri öncədən dəyərləndirməyi bilməli;
- Gömrüklə işləmə bacarığı;
- Satınalma sənədlərini hazırlama qabiliyyəti.
Təhsil/Təcrübə:
- İqtisadiyyat, Menecment, Logistika sahəsində sahəsində ali təhsil;
- Təchizat üzrə azı 2 il iş təcrübəsi olmaq;
- Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
- Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır.
- Təchizat zənciri haqqında ümumi biliklər;
- İncoterms 2010;
- Alıcılar ilə ünsiyyət qurmaq bacarığı;
- Komanda işinin təşkili;
- Yaş həddi: 25-35;
- Kompüter biliyi: MS Office (Word, Excel);
- Azərbaycan, ingilis və rus dilərinin bilməsi mütləqdir;
İş şəraiti:
- İş saatı: 09-00-dan 18-00-dək;
- İstirahət: Şənbə və bazar günü.
Əmək haqqı:
- Razılşama yolu ilə.
Qeyd:
- İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;
- CV-ləri [email protected] ünvanına göndərin.
Xarici satınalma üzrə mütəxəssis
İşin təsviri:
- Xarici və daxili bazardan (xaricdə olan şirkət və müəssisələrdən) satınalınan materiallara, məhsullara dair tələblərin müəyyən edilməsi;
- Bazar üçün əhəmiyyət kəsb edən malların xarici dövlətlərdəki istehsalçılarını tapmaq;
- İstehsalçı fabrikalardan qiymətlərin alınması, maliyyətinin çıxarılması;
- Çatdırılmanın, logistika və nəqliyyat nəzarətinin təşkili;
- Alınan malların keyfiyyətinə nəzarət.
İş şəraiti:
- İş saatı: 09-00-dan 18-00-dək;
- İstirahət: Şənbə və bazar günü.
Əmək haqqı:
- Razılaşma yolu ilə;
Tələblər:
- Təhsil: Ali (bakalavr);
- Yaş həddi: 25-45;
- Kompüter biliyi: MS Office (Word, Excel);
- Dillər: Azərbaycan dili, ingilis dili və rus dilini bilməsi mütləqdir;
- 5 il iş təcrübəsi.
Şəxsi keyfiyyətləri:
- Satınalma və təchizat sahəsində təcrübə (Texniki biliyi olan, tikinti malları, alətlər, və hissələrin, elektrik və elektronik malların və onların ehtiyat hissələrinin alışı təcrübəsi olan, beynəlxalq ticarəti bilənlərə üstünlük verilir);
- Yaxşı analitik və ünsiyyət bacarıqları, danışıqların aparılma bacarıqları;
- Qiymətlərin formalaşdırılması metodları və strategiyasını bilməli;
- Satınalma sənədlərini hazırlama qabiliyyəti;
- Satınalma müqavilələri ilə işləmə və analiz etmə bacarığı;
- Gömrüklə işləmə təcrübəsi;
- Yüksək məhsuldarlıq və irihəcmli informasiyalarla işləmə qabiliyyəti;
- Xarici və daxili ezamiyyətlərə getmə imkanı;
- Satınalma zamanı yarana biləcək riskləri öncədən dəyərləndirməyi bilməli.
Qeyd:
- İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;
- Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər;
- CV-ləri [email protected] ünvanına göndərin.
“Mətanət A” şirkəti Keyfiyyət İdarəetmə Sistemi üzrə mütəxəssis vakansiyasını elan edir
İşin təsviri:
- İSO 9001:2015 Keyfiyyət İdarəetmə Sistemi və İSO 14001:2015 Ekoloji Menecment standartlarına (EMS) keçidlə bağlı şirkətin normativ sənədlərini yeniləmək. Zəruri sənədləri hazırlamaq;
- Şirkətin struktur bölmələrində KİS və EMS üzrə daxili proseduraların tətbiqinə nəzarət etmək,
- Daxili təlimlərin keçirilməsi və tədrisin qiymətləndirilməsi;
- Təlimatların, iş axını sxemlərin, nəzarət kartların hazırlanması və razılaşdırlmasını təmin etmək;
- İSO 9001:2015/EMS üzrə siyasətin, məqsədlərin, tədbirlər planının işlənib hazırlanmasını təşkil etmək;
- Şirkətin struktur bölmələrinin İSO 9001:2015/EMS idarəetmə sistemi üzrə daxili auditlərinin aparılması;
- İSO 9001:2015/EMS prosesləri, prosedurları və qaydalarını şirkətin əməkdaşlarına çatdırmaq və praktik məsələlərdə iştirak etmək;
- Ümumi risklərin qiymətləndirilməsi və imkanların təhlili;
Əmək haqqı:
- Razılaşma yolu ilə.
İş şəraiti:
- İş saatı: 09-00-dan 18-00-dək;
- İstirahət: Şənbə və bazar günü.
Tələblər:
- Yaş həddi: 28-40
- Ali təhsilli (menecment, və ya standartlaşdırma və sertifikasiya sahəsində), və ya texniki yönümlü ali təhsil
- İş təcrübəsi: Bu sahə üzrə minimum 2 il təcrübə;
- Keyfiyyətin İdarəedilməsi Sistemi sahəsində müvafiq kurslarda iştirak. (İSO 9001:2015, İSO 9001:2015 sertifikatlara malik olması);
- İSO 14001:2015 - Ekoloji Menecment Sistemi sahəsində müvafiq kurslarda iştirak. (İSO 14001:2015 sertifikatlara malik olması);
- KİS və EMS daxili audit sahəsində müvafiq kurslarda iştirak;
- Azərbaycan və rus dilini mükəmməl bilmək, ingilis dilini bilməsi arzuolunandır;
- Microsoft Office proqramlarını əla səviyyədə bilməli;
Şəxsi keyfiyyətləri:
- Liderlik;
- İşə planlı yanaşma;
- Fikrini izah etmək qabliyyəti;
- Ünsiyyət yaratmaq bacarığı;
- Analitik düşünmə qabiliyyəti;
- Fəallıq.
Əlavə şərtlər:
- Ezamiyyət imkanları;
Əlavə tələblər:
- Analitik düşünmə və analiz qabiliyyətinin olması, işinə vicdanla yanaşan, dəqiq və dürüst olması tələb olunur.
Qeyd:
- İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;
- Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər;
- Maraqlananlar saytda onlayn-anketi dolduraraq [email protected]ünvanına göndərə bilərlər.
“Mətanət A” şirkəti İnsan Resursları Departamentinin direktoru vakansiyasını elan edir
Vəzifə öhdəlikləri:
- Əmək Məcəlləsinə uyğun olaraq insan resurslarının idarə edilməsi siyasətinin həyata keçirilməsi;
- Qayda və daxili prosedurların hazırlanması və təkmilləşdirilməsində iştirak;
- Daxili prosedur və proseslərə əsaslanaraq işçi axtarma, seçmə və yerləşdirmənin təmin edilməsi ;
- Ehtiyat kadr bazasının yaradılması;
- Təsdiq olunmuş daxili qaydaların icra edilməsinə nəzarətin həyata keçirilməsi;
- Əməkdaşların attestasiyadan keçirilməsinin təşkil edilməsi;
- İşə qəbul olunan yeni əməkdaşların istiqamətləndirilməsi, adaptasiya olunmaları üçün dəstəyin göstərilməsi;
- Yüksək potensialı olan işçilərin aşkar edilməsi və onların stimullaşdırılması ilə bağlı rəhbərliyə təqdimatların verilməsi;
- Əməkdaşların ixtisasartırma kurslarına göndərilməsi;
- Kadrlar üzrə müfəttişlərin işinin təşkili və ona rəhbərliyin edilməsi;
- Şirkətin KSM siyasətinə dəstəyin verilməsi, plana əsasən müxtəlif layihələrin həyata keçirilməsi.
Tələblər:
- Ali təhsil (Sosial elmlər, Psixologiya və ya Menecment sahəsində olması arzuolunandır)
- İş təcrübəsi: İnsan resurslarının idarə edilməsi sahəsində minimum 5 il təcrübəsinin olması
- Yaş həddi: 30-45
- Dil bilikləri: (azərbaycan, ingilis, rus - əla səviyyədə)
- Kompüter biliyi: Microsoft office, Internet Explorer və Outlook
Şəxsi keyfiyyətlər
- Liderlik xüsusiyyətləri
- Analitik düşüncə
- Ünsiyyət yaratmaq bacarığı
- İşə planlı yanaşma
İş şəraiti:
- İş saatı: 09-00-dan 18-00-dək
- İstirahət: Şənbə və bazar günü
Əmək haqqı:
- Razılaşma yolu ilə
Tələblərə uyğun gələnlər və Azərbaycanın ən aparıcı şirkətlərindən biri olan “Mətanət A” – da perspektivli karyera qurmaq istəyənlər CV-lərini [email protected] ünvanına göndərə bilərlər.
“Mətanət A” şirkəti Maliyyə üzrə Analitik vakansiyasını elan edir
İşin təsviri:
- Şirkətin fəaliyyətini təhlil edir;
- İnvestisiya qərarlarının qəbulu zamanı gələcəkdə istifadə məqsədilə iqtisadi şəraitin proqnozlaşdırılması, gələcək gəlir və xərclərin hesablanması üçün maliyyə məlumatlarını təhlil edir;
- Müqavilələrin bağlanılmasının məqsəd yönlülüyünü təhlil edir;
- İqtisadi, hüquqi və sahəvi məlumatları, həmçinin şirkətin maliyyə hesabatları və maliyyə üzrə dövri məlumatı toplayır;
- Maliyyə göstəricilərini hesablayır;
- Maliyyə tədqiqatlarını həyata keçirir;
- Maliyyə riskinin səviyyəsini qiymətləndirir;
- İnvestisiyalaşma və alqı – satqı əməliyyatlarının vaxtı haqqında zəmanət verir;
- Maliyyə hesabatını hazırlayır;
- Dəyərin qiymətləndirilməsinin statistik metodlarından istifadə edir.
İş şəraiti:
- İş saatı: 09-00-dan 18-00-dək;
- İstirahət: Şənbə və bazar günü;
Əmək haqqı:
- Razılaşma yolu ilə;
Tələblər:
- Təhsil: Ali (İqtisadi)-Xaricdə təhsil alanalara üstünlük verilir;
- İş təcrübəsi:3-5 il iş təcrübəsi;
- Yaş həddi:30-45 yaş;
- Dil bilikləri: Azərbaycan, Rus və İngilis dili
- Kompüter bilikləri: 1C Proqramını və MS Office yaxşı səviyyədə bilməsi
Şəxsi keyfiyyətləri:
- İşə planlı yanaşmaq bacarığı;
- Yüksək ünsiyyət bacarığı;
- Nitq mədəniyyəti;
- Təmkinlilik, etibarlılıq, özünə inamlı;
- Səliqəli, təşkilatçı, operativ çalısan, bacarıqlı.
Qeyd
- İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;
- Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər;
- Bu sahələr üçün ANKET FORMASI-nı doldurub [email protected] ünvanına göndərin