04 Noyabr

“Mətanət A” bu vəzifələr üzrə işçi axtarır - VAKANSİYA

1. “Mətanət A” xarici satınalma üzrə mütəxəssis vəzifəsinə işçi axtarır

İşin təsviri:

Xarici və daxili bazardan (xaricdə olan şirkət və müəssisələrdən) satınalınan materiallara, məhsullara dair tələblərin müəyyən edilməsi;

Bazar üçün əhəmiyyət kəsb edən malların xarici dövlətlərdəki istehsalçılarını tapmaq;

İstehsalçı fabrikalardan qiymətlərin alınması, maliyyətinin çıxarılması;

Çatdırılmanın, logistika və nəqliyyat nəzarətinin təşkili;

Alınan malların keyfiyyətinə nəzarət.

İş şəraiti:

İş saatı: 09-00-dan 18-00-dək;

İstirahət: Şənbə və bazar günü.

Əmək haqqı:

Razılaşma yolu ilə;

Tələblər:

Təhsil: Ali (bakalavr);

Yaş həddi: 25-45;

Kompüter biliyi: MS Office (Word, Excel);

Dillər: Azərbaycan dili, ingilis dili və rus dilini bilməsi mütləqdir;

5 il iş təcrübəsi.

Şəxsi keyfiyyətləri:

Satınalma və təchizat sahəsində təcrübə (Texniki biliyi olan, tikinti malları, alətlər, və hissələrin, elektrik və elektronik malların və onların ehtiyat hissələrinin alışı təcrübəsi olan, beynəlxalq ticarəti bilənlərə üstünlük verilir);

Yaxşı analitik və ünsiyyət bacarıqları, danışıqların aparılma bacarıqları;

Qiymətlərin formalaşdırılması metodları və strategiyasını bilməli;

Satınalma sənədlərini hazırlama qabiliyyəti;

Satınalma müqavilələri ilə işləmə və analiz etmə bacarığı;

Gömrüklə işləmə təcrübəsi;

Yüksək məhsuldarlıq və irihəcmli informasiyalarla işləmə qabiliyyəti;

Xarici və daxili ezamiyyətlərə getmə imkanı;

Satınalma zamanı yarana biləcək riskləri öncədən dəyərləndirməyi bilməli.

Qeyd:

İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;

Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər;

CV-ləri [email protected] ünvanına göndərin.

2. “ Mətanət A” şirkəti Satınalma üzrə Aparıcı mütəxəssis vakansiyasını elan edir

Vəzifə öhdəlikləri

Xarici bazardan (xaricdə olan şirkət və müəssisələrdən) satınalınan materiallara, alətlərə, məhsullara dair tələblərin müəyyən edilməsi;

Xarici iqtisadi əlaqələrin yaradılması, partnyorların cəlb olunması istiqamətində rəsmi danışıqların aparılması;

Maya dəyərinin azaldılması və ən uyğun seçimin edilməsi;

Alınacaq məhsulun vaxtında, uyğun keyfiyyətdə və dəyərdə olmasına nəzarət etmək;

Müqavilələri səmərəli və şirkətin təchizat siyasətinə uyğun olaraq bağlanması;

Bazar üçün əhəmiyyət kəsb edən malların xarici dövlətlərdəki istehsalçılarını tapmaq;

Logistika və nəqliyyat nəzarətinin təşkili;

Sifariş olunan avadanlıqların daşınması üçün optimal nəqliyyat şirkətinin seçilməsi.

Alınan malların keyfiyyətinə nəzarət;

Satınalma zamanı yarana biləcək riskləri öncədən dəyərləndirməyi bilməli;

Gömrüklə işləmə bacarığı;

Satınalma sənədlərini hazırlama qabiliyyəti.

Təhsil/Təcrübə:

İqtisadiyyat, Menecment, Logistika sahəsində sahəsində ali təhsil;

Təchizat üzrə azı 2 il iş təcrübəsi olmaq;

Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;

Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır.

Təchizat zənciri haqqında ümumi biliklər;

İncoterms 2010;

Alıcılar ilə ünsiyyət qurmaq bacarığı;

Komanda işinin təşkili;

Yaş həddi: 25-35;

Kompüter biliyi: MS Office (Word, Excel);

Azərbaycan, ingilis və rus dilərinin bilməsi mütləqdir;

İş şəraiti:

İş saatı: 09-00-dan 18-00-dək;

İstirahət: Şənbə və bazar günü.

Əmək haqqı:

Razılşama yolu ilə.

Qeyd:

İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;

CV-ləri [email protected] ünvanına göndərin.