04 Noyabr

"MKT İstehsalat Kommersiya MMC" işçi axtarır - VAKANSİYA

MKT-İK MMC (Pambıq müəssəsi) Hüquq Şöbəsinin Rəisi vakansiyasına işçi axtarır.

Vəzifə funksiyaları

• Cəmiyyətin və filiallarının hüquqi işlərinə metodiki rəhbərlik edilməsi, sturuktur bölmələrə hüquqi yardım göstərilməsi;
• Cəmiyyətin və filiallarının qarşılaşdığı əsas hüquqi və qanunvericilik məsələləri üzrə məsləhət verərək onun hüquqi risklərinin azaldılması üçün yardım üzrə məsuliyyət daşıyır;
• Cəmiyyətin və filiallarının fəaliyyətinin hüquqi aspektlərinə mütəmadi olaraq nəzarət edilməsi;
• Cəmiyyətin və filiallarının fəaliyyəti ilə bağlı qanunvericilikdə edilən əsas dəyişikliklərin hüquqi monitorinqi sisteminin təşkil edilməsi;
• Cəmiyyətin və filiallarının məhkəmə proseslərində təmsil olunmasının təşkil edilməsi;
• Cəmiyyətin və filiallarının dövlət orqanları və digər tərəfdaşlarla münasibətlərdə təmsil olunması;
• Dövlət orqanları ilə sənədləşmə işlərini həyata keçirilməsi;
• Daxili sənədlərin hüquqi tələblərə uyğunluğunun yoxlanması;
• Hüququn müxtəlif sahələri ilə əlaqəli yazılı və şifahi hüquqi məsləhətlərin verilməsi prosesinin təşkili; daxili hüquqşünaslar tərəfindən məsləhətlərin verilməsinin təmin olunması;
• Cəmiyyətin və filiallarının təsis sənədlərində baş vermiş dəyişikliklərin sənədləşdirilməsi və təsdiqlənməsi;
• Tabeliçiliyində olan işçilərin mütəmadi olaraq istiqamətləndirilməsi və inkişaf etdirilməsi;

Tələblər

• Hüquqi ali təhsil;
• Hüquq sahəsində Rəhbər olaraq 5 ildən az olmayan iş stajı;
• Kompüter bilikləri-1C, Word, Excell;
• Ünsiyyət və analitik düşünmə bacarığı olmalıdır;
• Komandanın qurulması və inkişafı üçün məsuliyyətlidir

İş qrafiki: 5 günlük, 09:30-18:30

Müraciət qaydaları:CV –ni Azərbaycan dilində [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Hüquq Şöbəsinin Rəisi” yazmaqla müraciət edilir.