“Mətanət A” şirkəti Logistika Koordinatoru vakansiyasını elan edir
İşin təsviri:
- Şirkət tərəfindən tikinti materiallarının müştərilərə çatdırılmasını təmin edir;
- Buraxılış sənədlərində mal çeşidlərini və sayının düzgünlüyünə nəzarət;
- Sifarişlərin qaimələr üzrə tərtib olunmasını təmin və nəzarət edir;
- Daxil olan sifarişlərə uyğun olaraq şirkətin məhsullarının tələb olunan ünvana vaxtında, göstərilən miqdarda çatdırılmasını təmin etmək üçün sürücülərin fəaliyyətini artıq yanacaq və vaxt məsrəfinə yol vermədən düzgün istiqamətləndirilməsinə rəhbərlik edir;
- Maşınların sifarişə uyğun istiqamətlənməsini təmin edilməsinə nəzarət edir;
- Malların yük çəkisinin tənzimlənməsinə nəzarət edir;
- Anbarların mal ehtiyatının tənzimlənməsini təşkil edir;
- Gün ərzində sürücülərin iş rejiminin tənzimlənməsini həyata keçirir;
- HM üzrə Anbarların işlərini tənzimləyir, nəzarət edir.
- HM üzrə anbardarların iş bölgüsünü aparır, hesabat alır.
Əmək haqqı:
- Razılaşma yolu ilə.
İş şəraiti:
- İş saatı: 09-00-dan 18-00-dək;
- Şənbə günü 09:00-dan 13:00-a dək:
- Bazar günü istirahət.
Tələblər:
- Yaş həddi: 28-40
- Ali təhsilli
- İş təcrübəsi: Bu sahə üzrə minimum 3 il təcrübə;
- Azərbaycan və rus dilini mükəmməl bilmək, ingilis dilini bilməsi arzuolunandır;
- Microsoft Office proqramlarını əla səviyyədə bilməli;
Şəxsi keyfiyyətləri:
- Liderlik;
- İşə planlı yanaşma;
- Fikrini izah etmək qabliyyəti;
- Ünsiyyət yaratmaq bacarığı;
- Analitik düşünmə qabiliyyəti;
- Fəallıq.
Əlavə şərtlər:
- Ezamiyyət imkanları;
Əlavə tələblər:
- Analitik düşünmə və analiz qabiliyyətinin olması, işinə vicdanla yanaşan, dəqiq və dürüst olması tələb olunur.
Qeyd:
- İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;
- Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər;
- Maraqlananlar saytda onlayn-anketi dolduraraq [email protected]ünvanına göndərə bilərlər.