04 Noyabr

"Mətanət A” şirkəti Mühasib vakansiyasını elan edir

Mətanət A” şirkəti Mühasib vakansiyasını elan edir

İşin təsviri:

  • Hesablarda (o cümlədən 1C Proqramında) mühasibatlıqla bağlı həyata keçirilmiş bütün əməliyyatların işlənməsini həyata keçirmək;
  • Müəssisədə yazılmış maliyyə sənədlərinin qeydiyyatını aparmaq, lazımı formada rəsmiləşdirilməsi qaydalarını yerinə yetirmək;
  • Mühasibatlığa aid müxtəlif sahələr üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin uçotunun aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətləri və sair) yerinə yetirmək;
  • İlkin sənədlərin uçot sahələrinə uyğun qəbulunu və nəzarətini həyata keçirmək;
  • Maliyyə intizamının yerinə yetirilməsinə və ehtiyatlardan səmərəli istifadəyə yönəlmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək.

İş şəraiti:

  • İş saatı: 09-00-dan 18-00-dək
  • İstirahət: Şənbə və bazar günü

Əmək haqqı:

  • Razılaşma yolu ilə

Tələblər:

  • Təhsil: Ali (İqtisadi)
  • İş təcrübəsi: 2-5 il iş təcrübəsi olan
  • Yaş həddi:25-50
  • Dil bilikləri: Azərbaycan və Rus dili
  • Kompüter bilikləri: 1C Proqramını və MS Office yaxşı səviyyədə bilmək

Şəxsi keyfiyyətləri:

  • İşə planlı yanaşmaq bacarığı;
  • Yüksək ünsiyyət bacarığı;
  • Nitq mədəniyyəti;
  • Təmkinlilik, etibarlılıq, özünəinam;
  • Səliqəli, təşkilatçı, operativ çalısan, bacarıqlı.

Qeyd

  • İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;
  • Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər;
  • Bu sahələr üçün ANKET FORMASI-nı doldurub [email protected] ünvanına göndərin