"Mətanət A" Xarici satınalma üzrə mütəxəssis vəzifəsinə işçi axtarır
İşin təsviri:
Xarici və daxili bazardan (xaricdə olan şirkət və müəssisələrdən) satınalınan materiallara, məhsullara dair tələblərin müəyyən edilməsi;
Bazar üçün əhəmiyyət kəsb edən malların xarici dövlətlərdəki istehsalçılarını tapmaq;
İstehsalçı fabrikalardan qiymətlərin alınması, maliyyətinin çıxarılması;
Çatdırılmanın, logistika və nəqliyyat nəzarətinin təşkili;
Alınan malların keyfiyyətinə nəzarət.
İş şəraiti:
İş saatı: 09-00-dan 18-00-dək;
İstirahət: Şənbə və bazar günü.
Əmək haqqı:
Razılaşma yolu ilə;
Tələblər:
Təhsil: Ali (bakalavr);
Yaş həddi: 25-45;
Kompüter biliyi: MS Office (Word, Excel);
Dillər: Azərbaycan dili, ingilis dili və rus dilini bilməsi mütləqdir;
5 il iş təcrübəsi.
Şəxsi keyfiyyətləri:
Satınalma və təchizat sahəsində təcrübə (Texniki biliyi olan, tikinti malları, alətlər, və hissələrin, elektrik və elektronik malların və onların ehtiyat hissələrinin alışı təcrübəsi olan, beynəlxalq ticarəti bilənlərə üstünlük verilir);
Yaxşı analitik və ünsiyyət bacarıqları, danışıqların aparılma bacarıqları;
Qiymətlərin formalaşdırılması metodları və strategiyasını bilməli;
Satınalma sənədlərini hazırlama qabiliyyəti;
Satınalma müqavilələri ilə işləmə və analiz etmə bacarığı;
Gömrüklə işləmə təcrübəsi;
Yüksək məhsuldarlıq və irihəcmli informasiyalarla işləmə qabiliyyəti;
Xarici və daxili ezamiyyətlərə getmə imkanı;
Satınalma zamanı yarana biləcək riskləri öncədən dəyərləndirməyi bilməli.
Qeyd:
İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;
Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər;
CV-ləri [email protected] ünvanına göndərin.