04 Noyabr

Bakcell işçi axtarır - VAKANSİYA

Bakcell Ticari Marketinq üzrə Mütəxəssis vəzifəsinə işçi axtarır

Vakansiya haqqında

Departament : Satış
Şöbə : Pərakəndə Satış
İş qrafiki : Standart
İş müddəti : Daimi
İş yeri : Port Baku Cənub Qülləsi
Son müraciət tarixi : 17.10.2018

Sizin əsas vəzifə öhdəlikləriniz

* Reklam məhsullarının sifarişinə nəzarət etmək və müvafiq sənədləri hazırlamaq
* Ticari marketinq plan və fəaliyyətlərini həyata keçirmək və idarə etmək
* Ticari marketinq konsepti ilə əlaqədar layihələrə nəzarət etmək
* Tərəfdaşlar tərəfindən qrafiki proqramlarda təqdim olunan faylları nəzərdən keçirmək və prosesin icra olunmasını təmin etmək
* Tender sənədlərini (RFP) hazırlamaq
* Anbar üzrə POS materiallarını idarə etmək və ölkədaxili çatdırılmasını təşkil etmək
* Bakcell satış nöqtələrində reklam məhsullarına nəzarət etmək
* Yeni satış nöqtələrində ticari marketinq ilə əlaqədar məsələləri idarə etmək

Sizdən tələb olunan təhsil və iş təcrübəsi

* Ali Təhsil
* Ticari Marketinq sahəsində 2-3 il iş təcrübəsi

Sizdən tələb olunan bacarıq və səriştəliklər

* Danışıqlar aparma qabiliyyəti
* Son trendlərin izlənilməsi
* Dəqiqlilik
* Kreativlik
* Detallara yönümlülük
* Müştəri yönümlülük
* Nəticə yönümlülük
* Davamlı təkmilləşmə
* Rəqəmsal düşüncə
* Azərbaycan, İngilis və Rus dillərini səlis bilmək
* MS Office Proqramlarını bilmək (AutoCad, ArchiCAD, 3ds Max biliyi üstünlük hesab olunur)
* Tələb olunduğu zaman qeyri-iş saatlarında işləyə bilmək
* ‘’B’’ kateqoriya sürücülük vəsiqəsi

Müraciət etmək üçün

CV-nizi [email protected] e-mail ünvanına göndərməyinizi xahiş edirik.
Başlıqda ‘’Ticari Marketinq üzrə Mütəxəssis’’ qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.