"Nar" Xüsusi Müştərilər üzrə Mütəxəssis vəzifəsinə işçi axtarır
Vakansiya haqqında
Departament : Satış
Şöbə : B2B Satış
İş qrafiki: Standart
İş müddəti : Müvəqqəti
İş yeri : Port Baku Cənub Qülləsi
Son müraciət tarixi : 12.10.2018
Sizin əsas vəzifə öhdəlikləriniz
* Əsas müştəri qrupları ilə danışıqlar aparmaq və Nar məhsul və xidmətlərini təklif etmək
* Təyin olunmuş satış planlarına əsasən aylıq və rüblük satış hədəfləri yerinə yetirmək
* Mövcud müştərilərə əlavə məhsul və xidmətləri təklif etmək
* Əsas müştəri qrupları ilə müqavilə bağlamaq
* Mövcud müştəri qrupları bazasını idarə etmək və müvafiq dəstək göstərmək
* Həftəlik, aylıq və rüblük hesabatlar hazırlamaq
Sizdən tələb olunan təhsil və iş təcrübəsi
* Ali təhsil
* Korporativ Satış və ya Müştəri Xidmətləri sahəsində 2-3 il iş təcrübəsi (Bank və Sığorta sahəsində müvafiq təcrübə üstünlük hesab olunur)
Sizdən tələb olunan bacarıq və səriştəliklər
* Ünsiyyət qurma bacarığı
* Danışıqlar apara bilmək qabiliyyəti
* Müştəri yönümlülük
* MS Office Proqramlarını bilmək
* Azərbaycan, Rus və İngilis dillərini səlis bilmək
* ‘’B’’ kateqoriya sürücülük vəsiqəsi
Müraciət etmək üçün
CV-nizi [email protected] e-mail ünvanına göndərməyinizi xahiş edirik
Başlıqda “Xüsusi Müştərilər üzrə Mütəxəssis’’ qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.