Bakıda daşıyıcı şirkətlərdən biri ictimai nəqliyyatda sürücü kimi işləmək istəyən qadınları əməkdaşlığa dəvət edib.
Fins.az xəbər verir ki, “D” sürücülük kateqoriyası olan və avtobus sürücüsü kimi işləmək istəyən qadınlar [email protected] e-mail ünvanına cv yollaya və ya Mir Cəlal küçəsi 1D ünvanında yerləşən ofisə birbaşa müraciət edə bilər.
Yeni sürücülər üçün müvafiq təcrübə proqramları təşkil ediləcək. İşə qəbul ediləcək qadın sürücülər 8 saatlıq iş rejimində fəaliyyət göstərəcək və “EURO 5” standartlı müasir avtobusları idarə edəcək.
Qeyd edək ki, bir çox ölkələrdə, eləcə də qonşu dövlətlərdə ictimai nəqliyyat sistemində qadın sürücülər kifayət qədərdir.