04 Noyabr

"Veysəloğlu Şirkətlər Qrupu" işçi elan edir - VAKANSİYA

"Veysəloğlu Şirkətlər Qrupu" Tibbi koordinator vəzifəsinə işçi axtarır

İş yeri: Bakı şəhəri
İş təcrübəsi: 1 il
Təhsil: Ali təhsil
Yaş həddi: 27-40 yaş

İşin Təsviri: Bütün fəaliyyət istiqamətlərində baş vermiş bədbəxt hadisə və onların nəticələrinin tibbi nəzarətini və təminatını təşkil etmək.

Vəzifə öhdəlikləri:

- İşçi heyyətində hər hansı səhhət və sağlıqla əlaqəli problemli vəziyyət yarandıqda müayinə, müalicə, əməliyyat və yazılan dərmanların kəmiyyət və keyfiyyətini nəzarətdə saxlamaq.

Tələblər:

- Sığorta sistemləri barədə bilikli olmaq;
- İş saatından sonra və ya gecə baş vermiş iş qəzasına müdaxilə etməyə hazır olmaq;
- Araşdırma və görüləcək işləri prosedurlar şəklində hazırlayacaq qədər kompüter biliklərinə sahib olmaq;
- Cərrahiyyə, terapiya, travmotologiya barədə məlumatlı olmaq və müvafiq sahələr üzrə təcrübələrin olması üstünlükdür;
- Şəxsi avtomobilin olması mütləqdir;
- Kişi namizədlərə üstünlük veriləcəkdir.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- Avtonəqliyyat vasitəsinin amortizasiya və yanacaq xərcləri qarşılanır;
- Nahar ilə təmin edilmə.

İş qrafiki: 5 günlük

Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Tibbi koordinator” yazıb göndərməklə və ya aşağıdakı linkə daxil olub şəxsi kabinet yaradaraq müraciət edə bilərsiniz. https://hr.veyseloglu.az/vacancy/