04 Noyabr

"Unibank" KB işçi axtarır - VAKANSİYA

"Unibank KB" Daxili Audit Departamentinin Auditoru vəzifəsinə işçi axtarır
Müqavilə şərtləri: Daimi

Başlıca öhdəliklər və məsuliyyətlər

● Filialların əməliyyat sahəsinin yoxlanılması;
● Abşerondaxili və regional filialların yoxlanılması;
● Bankdaxili departamentlərin fəaliyyətlərinin yoxlanılması;
● Regional filialların yoxlanılması üçün mütəmadi olaraq ezamiyyətlərə getmək.

Namizədin Profili

● Ali təhsil;
● Yaş həddi 27 – 35;
● Bankın Daxili Audit Departamentində ən azı 2 il iş təcrübəsi (əməliyyat sahəsində);
● Bankda korporativ müştərilərə xidmət sahəsində ən azı 3 il iş təcrübəsi (fiziki şəxslərə xidmət sahəsində mövcud əlavə təcrübə müsbət qiymətləndirilir);
● Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (rus və ingilis dillərini bilmək arzuolunandır);
● Maliyyə analizi üzrə biliklər;
● Mərkəzi Bankın korporativ müştərilərə xidmət sahəsində normativ aktlarını bilmək (fiziki şəxslərə xidmət sahəsində olan prosedurları bilmək müsbət qiymətləndirilir);
● Analitik qabiliyyətlər;
● Komandada işləmək bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini şəkil ilə [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində (Daxili Audit Departamentinin Auditoru) göstərməyiniz xahiş olunur.