"Rabitabank" ASC Qeyri-Kredit Satış Departamentinin Məhsulların inkişafı şöbəsinə Ekspert vakansiyası üzrə işə qəbul elan edir.
Vəzifə: Ekspert
Vəzifə öhdəlikləri:
- Qeyri-kredit məhsullarının yaradılmasına, inkişaf etdirilməsinə və onların optimallaşdırılmasına dair təkliflər hazırlamaq;
- Qeyri-kredit məhsullarının yaradılması və inkişafı üçün tələb olunan texniki tapşırıqları hazırlamaq və aidiyyatı strukur tərəfindən icrasına nəzarət etmək;
- Qeyri-kredit məhsullarına dair risklərin müəyyən edilməsi və qarşısının alınması üçün zəruri tədbirlər görmək;
- Mütəmadi olaraq qeyri-kredit məhsullarının gəlirliliklərini təhlil etmək və xərclərin optimallaşdırılmasına dair təkliflər hazırlanmaq;
- Bank üzrə qeyri-kredit məhsullarının satış planlarının və layihələrinin hazırlanmasında iştirak etmək və onların icrasını təmin etmək;
- Qeyri-kredit məhsullarına dair təqdimatların, tədris materiallarının və tələb olunan digər məlumatları hazırlanmasına dəstək olmaq.
Namizədə olan tələblər:
- Ali təhsil (iqtisadiyyat, maliyyə sahələri üzrə olması arzuolunandır);
- Müvafiq sahə və ya Bankın əməliyyat sahəsi üzrə minimum 2 il iş təcrübəsi;
- Bank (qeyri-kredit) məhsulları üzrə bilik və məlumatlara malik olması;
- MBNP-nin, Mərkəzi Bankın müvafiq qayda və normativlərini bilməsi;
- Analitik düşünmə və operativ qərarvermə qabiliyyəti;
- Fərdi və komanda şəklində işləyə bilmək bacarığı;
- Məsuliyyətli, stresə davamlı, dəqiqlik və detallara diqqət yetirmək qabiliyyəti;
- Azərbaycan və rus dillərində mükəmməl səviyyədə danışıq və yazı qabiliyyəti (ingilis dili arzuolunandır);
- Ofis proqramlarından mükəmməl istifadə bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində "Məhsulların inkişafı şöbəsinin Eksperti" göstərməyiniz xahiş olunur.
Nəzərinizə çatdırım ki, növbəti mərhələdə vakansiya üzrə yalnız səriştələri uyğun olan namizədlər seçilib, dəvət olunacaqdırlar.
E-mail: [email protected]
Telefon: (012) 598 44 88,
Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33