“ Mətanət A” şirkəti Təchizat zəncirinin idarə edilməsi üzrə mütəxəssis vakansiyasını elan edir
Vəzifə funksiyaları
- Xarici bazardan (xaricdə olan şirkət və müəssisələrdən) satınalınan materiallara, alətlərə, məhsullara dair tələblərin müəyyən edilməsi;
- Etibarlı satıcı və təchizatçılar bazasının inkişaf etdirilməsi;
- Xarici iqtisadi əlaqələrin yaradılması, partnyorların cəlb olunması istiqamətində rəsmi danışıqların aparılması;
- Maya dəyərinin azaldılması və ən uyğun seçimin edilməsi;
- Alınacaq məhsulun vaxtında, uyğun keyfiyyətdə və dəyərdə olmasına nəzarət etmək;
- Müqavilələri səmərəli və şirkətin təchizat siyasətinə uyğun olaraq bağlanması;
- Bazar üçün əhəmiyyət kəsb edən malların xarici dövlətlərdəki istehsalçılarını tapmaq;
- Logistika və nəqliyyat nəzarətinin təşkili;
- Alınan malların keyfiyyətinə nəzarət;
- Satınalma zamanı yarana biləcək riskləri öncədən dəyərləndirməyi bilməli;
- Gömrüklə işləmə bacarığı;
- Satınalma sənədlərini hazırlama qabiliyyəti.
Tələblər:
- İqtisadiyyat, Menecment, Logistika sahəsində sahəsində ali təhsil;
- Təchizat üzrə azı 2 il iş təcrübəsi olmaq;
- Mükəmməl şifahi və yazılı ünsiyyəti bacarmaq;
- Təchizat zənciri haqqında ümumi biliklər;
- İncoterms 2010;
- Alıcılar ilə ünsiyyət qurmaq bacarığı;
- Komanda işinin təşkili;
- Yaş həddi: 25-35;
- Kompüter biliyi: MS Office (Word, Excel);
- Azərbaycan, ingilis və rus dilərinin bilməsi mütləqdir;
İş şəraiti:
İş saatı: 09-00-dan 18-00-dək;
İstirahət: Şənbə və bazar günü.
Əmək haqqı: Razılaşma yolu ilə
Qeyd: İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;
CV-ləri [email protected] ünvanına göndərin.