04 Noyabr

“ Mətanət A” şirkəti işçi axtarır - VAKANSİYA

“ Mətanət A” şirkəti Təchizat zəncirinin idarə edilməsi üzrə mütəxəssis vakansiyasını elan edir

Vəzifə funksiyaları

  1. Xarici bazardan (xaricdə olan şirkət və müəssisələrdən) satınalınan materiallara, alətlərə, məhsullara dair tələblərin müəyyən edilməsi;
  2. Etibarlı satıcı və təchizatçılar bazasının inkişaf etdirilməsi;
  3. Xarici iqtisadi əlaqələrin yaradılması, partnyorların cəlb olunması istiqamətində rəsmi danışıqların aparılması;
  4. Maya dəyərinin azaldılması və ən uyğun seçimin edilməsi;
  5. Alınacaq məhsulun vaxtında, uyğun keyfiyyətdə və dəyərdə olmasına nəzarət etmək;
  6. Müqavilələri səmərəli və şirkətin təchizat siyasətinə uyğun olaraq bağlanması;
  7. Bazar üçün əhəmiyyət kəsb edən malların xarici dövlətlərdəki istehsalçılarını tapmaq;
  8. Logistika və nəqliyyat nəzarətinin təşkili;
  9. Alınan malların keyfiyyətinə nəzarət;
  10. Satınalma zamanı yarana biləcək riskləri öncədən dəyərləndirməyi bilməli;
  11. Gömrüklə işləmə bacarığı;
  12. Satınalma sənədlərini hazırlama qabiliyyəti.

Tələblər:

  1. İqtisadiyyat, Menecment, Logistika sahəsində sahəsində ali təhsil;
  2. Təchizat üzrə azı 2 il iş təcrübəsi olmaq;
  3. Mükəmməl şifahi və yazılı ünsiyyəti bacarmaq;
  4. Təchizat zənciri haqqında ümumi biliklər;
  5. İncoterms 2010;
  6. Alıcılar ilə ünsiyyət qurmaq bacarığı;
  7. Komanda işinin təşkili;
  8. Yaş həddi: 25-35;
  9. Kompüter biliyi: MS Office (Word, Excel);
  10. Azərbaycan, ingilis və rus dilərinin bilməsi mütləqdir;

İş şəraiti:

İş saatı: 09-00-dan 18-00-dək;

İstirahət: Şənbə və bazar günü.

Əmək haqqı: Razılaşma yolu ilə

Qeyd: İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;

CV-ləri [email protected] ünvanına göndərin.