“Bank Respublika” ASC Mingəçevir filialına “Kassir” vəzifəsi üzrə vakansiya elan edir.
Ümumi vəzifə öhdəlikləri:
• Nağd pul və digər qiymətlilərin mədaxil və məxaric edilməsi üzrə əməliyyatları həyata keçirmək;
• Nağd pul və kassa sənədlərinin vaxtında təhvil-təslim edilməsini təmin etmək;
• Qaydalara uyğun valyuta mübadiləsini həyata keçirmək;
• Dövriyyəyə yararsız pul əskinaslarının qəbul edilməsi və dəyişdirilməsini həyata keçirmək;
• Bank kartları üzrə məxaric əməliyyatlarını aparmaq.
Namizədə qarşı tələblər:
• Ali təhsil (iqtisadi təhsil arzuolunandır);
• Riyazi hesablama aparmaq qabiliyyəti;
• Dil bilikləri: Azərbaycan dili mükəmməl olmalı;
• Yüksək ünsiyyət bacarığı;
• Komandada işləmək bacarığı;
• Əzmkarlıq, düzgünlük, çalışqanlıq.
Sizə nə təklif edirik?
• Əlverişli iş mühitində çalışmaq imkanı;
• Karyera və inkişaf perspektivləri;
• Bonus qazanma imkanları.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 09 sentyabr 2018-ci il tarixinədək, email-in mövzu hissəsində “Mingəçevir filialı/Kassir” qeyd edərək [email protected] elektron ünvanına göndərə bilərlər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.