İşəgötürən: “Grand Motors” MMC
Vəzifə: Gömrük işləri üzrə mütəxəssis
Əmək haqqı : 800-1000 AZN
İşin təsviri:
- İdxal olunan texnikaların və ehtiyyat hissələrinin aktlaşdırılması və rəsmiləşdirilməsi
- Gömrük bəyannamələrinin tərtib edilməsi
- Lazım olan sənədlərin hazırlanması və prosesin idarə olunması
- Müqavilələrin və sifariş formlarının tərtib olunması
- Gömrükdən keçən malların şirkət anbarına çatdırılması və təhvil verilməsi
- Anbara daxil olan texnikaların və ehtiyyat hissələrinin 1C proqramına daxil edilməsi
Tələblər:
- Ali təhsil
- Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi
- Azərbaycan dili əla, İngilis və Rus dilləri yaxşı səviyyədə
- Microsot office proqramları yaxşı səviyyədə
- 1C proqramı ilə işləmə bacarığı
- Ezamiyyətlərə və artıq iş saatlarına hazır olmalıdır
- Sürücülük vəsiqəsi: B
- Yaş: 20-27 arası
- Yalnız kişi namizədlər nəzərdən keçirilir
İş qrafiki:
- Bazar ertəsi – Cümə: 8:30 - 17:30
- Şənbə : 10.00 – 16.00
Maraqlanan namizədlər mövzu yerində “Gömrük üzrə mütəxəssis” yazmaqla öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər. Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər müsahibəyə dəvət olunacaqlar.