04 Noyabr

«Atəşgah Sığorta» işçi axtarır -VAKANSİYA

«Atəşgah» əlaqə mərkəzinin operatoru (gecə növbəsi) vəzifəsinə işçi axtarır.

Namizədə tələblər

• Yaş: 20-30
• Bəy və xanım namizədlər
• Təhsil: Ali və ya orta
• İş təcrübəsi:Müvafiq sahədə olanlara üstünlük verilir
• Kompyuter bilikləri: MS Office yaxşı səviyyədə bilməsi
• Dil Bilikləri: Rus dili (əla ),Azerbaycan dili (əla),ingilis dili(arzuolunandır)

Əsas vəzifə öhdəlikləri

• Şirkətin qaynar xəttinə daxil olan və çıxan müraciətlərin vaxtında və keyfiyyətli şəkildə cavablandırmaq;
• Sığorta hadisələrini qəbul etmək və qeydiyyatını aparmaq;
• Müştərilərin müraciətlərinin statistikasının aparmaq
• Birbaşa rəhbərə müntəzəm şəkildə hesabatı təqdim etmək

Şəxsi keyfiyyətlər

• Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
• Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacariğı

İş şərtləri

• Əmək müqaviləsi bağlanılır
• İş Qrafiki: Gecə növbəsi
• İş günləri: Bir gündən bir
• İş yeri: Baş ofis
• Sabit əmək haqqı sınaq müdətində 350 AZN
• Sınaq müddətindən sonra 400 AZN

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini [email protected] -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Əlaqə mərkəzinin operatoru”qeyd etmələri xahiş olunur.