04 Noyabr

"Mado Azərbaycan" işçi axtarır -VAKANSİYA

Qida təhlükəsizliyi üzrə mütəxəssis

Kimə tabedir: Qida təhlükəsizliyi şöbəsinin müdirinə

Tələblər:

- Minimum 1 il bu sahədə iş təcrübəsinə malik olmalıdır
- Yaş aralığı 23-30
- Məsuliyyətli, diqqətli və səliqəli olmalıdır
- Kişi namizədlər
- İş üçün lazım olan xüsusi və peşakar biliklər
- Qida istehsalında təcrübə
- Yaxşı kompüter bacarıqları (Microsoft Office)
- İSO 22000 Qida Təhlükəsizlik və HASSP sisteminə dair ilkin nəzəri biliklər

Vəzifələr:

- Xammal, yarımfabrikatların və hazır məhsulların keyfiyyəti və təhlükəsizliyini təsdiq edən sənədlərin mövcudluğunu yoxlayır;
- Istehsala nəzarətin həyata keçirilməsi ilə bağlı məsələlər üzrə mövcud qanunvericiliklə müəyyən edilmiş hesabatlara və hesabatların aparılmasına cavabdehdir;
- Müvafiq sənədləri təmin edir;
- Ərzaqların alımı, istehsalı, saxlanılması və daşınması zamanı sanitar-epidemioloji və gigiyenik (qalaşdırılması, temperatur, nəmişlik və s.) tələblərə uyğunluğu yoxlanılır;
- Məhsulların keyfiyyətə nəzarətini həyata keçirir;
- Qida məhsullarının silinmə proseslərinin həyata keçirilməsinə nəzarət edir,
- İstehsal prosesi zamanı personalın gigiyenik qaydalara əməl etməsinə nəzarət edir,
- Günlük, həftəlik və aylıq sanitar gigiyenik yoxlamaların aparılması.
- Aşkar edilmiş qayda pozuntuları zamanı aktlaşdırılmanın həyata keçirilməsi.
- İşçilərin tibbi müayinədən vaxtı- vaxtında keçməsinə nəzarət edir;
- İaşə bölmələrinin sanitar gigiyenik qaydalara uyğun təmizlənməsinə nəzarət edir;
- Gündəlik olaraq şöbə müdirinə gördüyü işlər ilə bağlı məruzə etmək;
- Təyin olunan digər vəzifələri icra etmək.

Müraciət etmək üçün CV-lərinizi [email protected] elektron ünvanına " Qida təhlükəsizliyi üzrə mütəxəssis " sözünü qeyd etməklə göndərməyiniz və ya 051 330 07 10 nömrəsi ilə əlaqə saxlamağınız xahiş olunur.