ADA Universiteti Təmizlik İşləri Üzrə Supervayzer axtarır.
Vəzifənin qısa təsviri:
Bu rolun əsas tərkib hissəsi təmizlik işləri üzrə heyətin öhdəliklərini yerinə yetirmələrinə nəzarət etməkdən ibarətdir.
Öhdəliklər:
• Kampusda təmizliyin yüksək səviyyədə olmasını təmin etmək.
• Tabeçiliyində olan işçi heyətini idarə etmə və düzgün iş bölgüsünü həyata keçirmək.
• Xidmət, təmir və s. kimi məsələlərdə rast gəlinən qüsurları müvafiq heyət üzvlərinə bildirmək.
• Təmizləyici vasitələrin və avadanlıqların səmərəli və qənaətli şəkildə istifadəsini təmin etmək.
• İşçilərin tələb olunan təmizləyici vasitələr və lazımlı avadanlıqlarla təchizatını təmin etmək.
• Təmizləyici vasitələrin və avadanlıqların çatdırılmasını və müvafiq saxlama sahələrinə köçürülməsini təmin etmək.
• İş yükü artıq olduğu təqdirdə xadimənin vəzifə öhdəliklərini yerinə yetirmək.
• Universitet ərazisinin təmizliyinin qənaətbəxş səviyyədə olmasının gündəlik yoxlamaq.
• Tədbirlərin keçirilməsi zamanı təşkilati işlərdə köməklik göstərmək.
• Digər aidiyyatı işləri həyata keçirmək.
Tələblər:
• Sözügedən sahədə ən azı 5 il təcrübə, o cümlədən idarəetmədə en azı 2 il təcrübə
• Orta və ya peşə təhsili (Ali təhsilinin olmağı arzuolunandır)
• Azərbaycan dili bilikləri (Rus və İngilis dili bilikləri arzuolunandır)
• Standartları və prosedurları həyata keçirmək və onlara riayət etmək bacarığı
• Yaxşı ünsiyyət və idarəetmə bacarığı
• Təzyiq altında işləmək bacarığı
Maraqlanan namizədlər Word və ya PDF formatda öz CV-lərini [email protected] ünvanına Mövzu hissəsində “Təmizlik İşləri üzrə Supervayzer” qeyd edərək göndərə bilərlər. Müraciətlərin qəbulu üçün son tarix: 4 iyul, 2018.