“Bank Respublika” ASC Azadlıq filialı üçün “Aqro və mikro kreditlər üzrə mütəxəssis” vəzifəsi üzrə vakansiya elan edir.
Ümumi vəzifə öhdəlikləri:
• Bankın aqro və mikro kredit məhsulları üzrə müştəriləri cəlb etmək;
• Aqro və mikro kredit məhsulları üzrə biznes təhlilini aparmaq;
• Keyfiyyətli portfel formalaşdırmaq və portfeli idarə etmək.
Namizədə qarşı tələblər:
• Ali təhsil;
• Bank sektorunda minimum 2 il iş təcrübəsi;
• Yüksək ünsiyyət bacarığı;
• Komandada işləmək bacarığı;
• Əzmkarlıq, düzgünlük, çalışqanlıq.
Sizə nə təklif edirik?
• Əlverişli iş mühitində çalışmaq imkanı;
• Karyera və inkişaf perspektivləri;
• Rəqabətli əmək haqqı və bonus qazanma imkanları.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 24 iyun 2018-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Azadlıq filialı/Aqro və mikro kreditlər üzrə mütəxəssis” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.