"Optimal Elektronika" Çağrı Mərkəzinin Operatoru vəzifəsinə işçi axtarır.
Vakansiya aktiv olan regionlar: Bakı
Tələblər:
• Təhsil: Ali və ya orta;
• Azərbaycan və rus dillərini səlis bilməli;
• Kompüterlə sərbəst iş bacarığı;
• Ofis proqramlarında işləmək bacarığı;
• Problemləri sərbəst, müstəqil həll etmə bacarığı;
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
• Kollektivlə işləmək bacarığı.
Əsas vəzifələr:
• Daxil olan telefon zənglərinin cavablandırılması;
• Müştəri xidmətlərinin salahiyyətləri çərçivəsində abonentlərə yüksək səviyyəli xidmət göstərmək;
• Müştəri şikayətlərini aydınlaşdırmaq və həll etmək;
• Rəhbərliyə lazımi hesabat və məlumatların hazırlanıb təhvil vermək.
İş şəraiti:
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
• İş saatları 09:00-18:00, həftədə 6 iş günü;
• Karyera yüksəlişi imkanı.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Çağrı Mərkəzinin Operatoru” qeyd edərək öz CV-lərinizi şəkil əlavə etməklə [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.