04 Noyabr

"NAR" işçi axtarır - VAKANSİYA

"NAR" İstehlakçı Satış üzrə Direktor vəzifəsinə işçi axtarır

Vakansiya haqqında

Şirkət : Azerfon

Departament : Satış

Şöbə : İstehlakçı Satış

İş yeri : Port Baku Cənub Qülləsi

Son müraciət tarixi : 22.06.2018

Sizin əsas vəzifə və öhdəlikləriniz


* İstehlakçı satış strategiyasını inkişaf etdirmək
* Nar məhsullarının pərakəndə satış şəbəkələrində paylanmasını və satışını genişləndirmək
* Abunəçilərin sayında davamlı artım təmin etmək üçün yenilikləri izləmək və onları bazarda tətbiq etmək
* Bakıda və regionlarda fəaliyyət göstərən bütün rəsmi diler nöqtələrinin fəaliyyətini idarə etmək
* Sahə satış menecerləri ilə sıx əməkdaşlıq etmək və mövcud satış şəbəkəsini təkmilləşdirmək üçün lazımi qərarlar qəbul etmək
* Pərakəndə satış bazarını təhlil etmək, tədbirlər görmək, müvafiq hesabat hazırlamaq və rəhbərliyə təqdim etmək

Sizdən tələb olunan təhsil və iş təcrübəsi

* Ali təhsil
* FMCG və ya Telekommunikasiya sahəsində 5-7 il pərakəndə satış təcrübəsi

Sizdən tələb olunan bacarıq və səriştəliklər

* İdarəetmə bacarığı
* Ünsiyyət bacarığı
* Problemləri həll etmək bacarığı
* Qərar vermə
* Danışıqlar aparmaq qabiliyyəti
* Analitik bacarıqlar
* İstehlak bazarı haqda məlumatlı olmaq
* Eyni anda müxtəlif layihələri idarəetmə bacarığı
* MS Office proqramlarını bilmək
* Azərbaycan, Rus və İngilis dillərini səlis bilmək

Müraciət etmək üçün

CV-nizi [email protected] e-mail ünvanına göndərməyinizi xahiş edirik.

Başlıqda “İstehlakçı Satış üzrə Direktor” qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.