“Park Hill” MTK Keyfiyyətə nəzarət mühəndisi vəzifəsinə işçi axtarır
İxtisas tələbləri:
• Ali təhsil
• Dil bilikləri: Azərbaycan və rus dilləri (ingilis dili arzuolunandır)
• Microsoft Office proqramlarında işləmək bacarığı;
• Bu sahədə 3-5 il iş təcrübəsi
Namizədə tələblər:
• Tikinti sahəsində inşaat işlərinə, proseslərə və texniki xidmət işlərinə nəzarət etmək;
• Tikinti-quraşdırma işləri ilə əlaqədar planın tutulması, işlərin istehsalat planına və normativ sənədlərə uyğun həyata keçirilməsinə nail olmaq;
• Tikinti işlərinin texnoloji ardıcıllıqla həyata keçirilməsinə və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək;
• Ərazinin yerini, çıxış imkanlarını, vaxt qrafikini və müştərinin tələblərini müəyyən etmək;
• Tələb olunan bütün materialları, avadanlıqları yığmaq və onların müvafiq məqsədə uyğunluğunu yoxlamaq;
• Tikinti işlərinin plana və büdcəyə uyğun aparılmasına, kənarlaşmaların müvafiq qaydada sənədləşdirilməsi və əsaslandırılmasına nəzarət etmək;
• İşçi briqadalarının iş bölgülərini təyin etmək onların istehsalat tapşırıqlarını vermək;
• Layihə-smeta sənədləri üzrə lazımi arayışlar, çertyojlar, hesabatlar hazırlamaq;
• Layihədəki işlərə mühəndislik baxımından rəhbərlik etmək və s.
İş şəraiti:
• AR Əmək Məcəlləsinə uyğun sənədləşmə
• 6 günlük iş rejimi
Müraciət yalnız CV-nizin [email protected] e-mail ünvanına göndərilməsilə edilməlidir.
Müraciət zamanı, məktubun “mövzu” hissəsində vakansiyanın adını qeyd etməyi unutmayın.
Qeyd: şirkət telefon nömrəsinə zəng vurulmasın.