“Grand Motors” MMC Satış müdiri (ehtiyyat hissələri) vəzifəsinə işçi axtarır
Əmək haqqı : 1000-1500 AZN
İşin təsviri:
- Satış prosesinin təşkili və satış departamentinin idarə olunması
- Satış mütəxəssislərinin təlimatlandırılması, hədəflərin təyin olunması
- Aylıq, rüblük və illik satış hədəflərinə nail olunmasını təmin etmək
- Şirkətin satış həcminin artırılmasına dəstək
- Yüksək səviyyədə müştəri xidmətinin təmin olunması
- İş yeri Xırdalan dairəsində yerləşir
Tələblər:
- Ali təhsil (Menecment sahəsinə üstünlük verilir).
- Azərbaycan və İngilis dili (upper-intermediate) biliyi
- Satışın qaydaları, əsasları və strukturu barədə biliklər
- Müvafiq sahə üzrə iş təcrübəsi: minimum 5 il
- Təmsil etmə qabiliyyəti, satışın psixologiyası və əsasları, insan psixologiyası üzrə biliklər
- Aktiv və çalışqan
- Sürücülük vəsiqəsi: B
İş qrafiki:
- Bazar ertəsi – Cümə: 8:30 - 17:30
- Şənbə : 10.00 – 16.00
Maraqlanan namizədlər mövzu yerində “Satış müdiri” yazmaqla öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər.