"Veyseloglu MMC" Təchizatçı (pos-marketinq) vəzifəsinə vakansiya elan edir.
Təcrübə müddəti: Müvafiq sahədə minimum 1 il iş təcrübəsi
Təhsil: Ali təhsil
İxtisas Bilikləri və Bacarıqlar: İngilis dili (orta), Rus dili (orta)
MS Office (xüsusilə Excel)
Şəxsi avtomobil tələb edilir (yanacaq ödənişi şirkət tərəfindən qarşılanır)
Kompyuter Bilikləri: MS Office proqramları (Excel biliyi)
VƏZİFƏ FUNKSİYALARI:
"Əsasən marketinq şöbəsindən və ümumiyyətlə baş ofislər, departamentlər və filiallardan gələn satınalma sifarişlərinin qəbulu, qiymətləndirilməsini aparmaq"
Sifarişləri əvvəlcədən müəyyən edilmiş zaman intervalında icra etmək
Təchizatçı firmalarla danışıqlar aparmaq
Daim alternativ tədarükçü firmaların axtarışını aparmaq, bazar qiymətlərinə tam bələd olmaq
"Sifarişin qəbulu, malın çatdırılması, xidmətlərin icrası və tədarükçülərə ödənişlərin icra olunması mərhələlərini əhatə edən
satınalma prosesinin tam sənədləşdirilməsi və icrasını həyata keçirmək"
Tədarükçülərlə müqavilələrin hazırlanmasında iştirak etmək, qiymət-razılaşdırma protokollarını hazırlamaq
"Tədarükçülərlə bağlanmış müqavilələrin, hazırlanmış qiymət-razılaşdırma protokollarının tələblərinə riayət olunmasına
cavabdeh olmaq"
Ödənişlərin nağd olaraq həyata keçirildiyi satınalma sifarişlərində təhtəlhesab şəxs kimi çıxış etmək
İş qrafiki: 5 günlük
Yaş həddi: 24 - 40
İş yeri: Bakı şəhəri
Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Mövzu hissəsində "Təchizatçı" qeyd edilməsi xahiş olunur.