04 Noyabr

“Mətanət A” şirkəti işçi axtarır -VAKANSİYA

“ Mətanət A” şirkəti Satınalma üzrə mütəxəssis vakansiyasını elan edir

İşin təsviri:

Xarici bazardan(xaricdə olan şirkət və müəssisələrdən) satınalınan materiallara, məhsullara dair tələblərin müəyyən edilməsi;

  • Bazar üçün əhəmiyyət kəsb edən malların xarici dövlətlərdəki istehsalçılarını tapmaq;
  • İstehsalçı şirkətlərdən qiymətlərin alınması, maya dəyərinin hesablanılması;
  • Logistika və nəqliyyat nəzarətinin təşkili;
  • Alınan malların keyfiyyətinə nəzarət.

İş şəraiti:

İş saatı: 09-00-dan 18-00-dək;

  • İstirahət: Şənbə və bazar günü.

Əmək haqqı:

Razılaşma yolu ilə:

Tələblər:

  • Təhsil: Ali (bakalavr);
  • Yaş həddi: 24-40;
  • Kompüter biliyi: MS Office (Word, Excel);
  • Dillər: Azərbaycan dili, ingilis dili və rus dilini bilməsi mütləqdir;
  • İş təcrübəsi: 2-3 il

Şəxsi keyfiyyətləri:

  • Satınalma və təchizat sahəsində təcrübə (Texniki biliyi olan, tikinti malları, alətlər, və hissələrin, elektrik və elektronik malların və onların ehtiyat hissələrinin alışı təcrübəsi olan, beynəlxalq ticarəti bilənlərə üstünlük verilir);
  • Yaxşı analitik və ünsiyyət bacarıqları, danışıqların aparılma bacarıqları
  • Qiymətlərin formalaşdırılması metodları və strategiyasını bilməli;
  • Satınalma sənədlərini hazırlama qabiliyyəti;
  • Satınalma müqavilələri ilə işləmə və analiz etmə bacarığı;
  • Gömrüklə işləmə təcrübəsi;
  • Yüksək məhsuldarlıq və irihəcmli informasiyalarla işləmə qabiliyyəti;
  • Xarici və daxili ezamiyyətlərə getmə imkanı;
  • Satınalma zamanı yarana biləcək riskləri öncədən dəyərləndirməyi bilməli;

Qeyd:

- İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;

- Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər;

- CV-ləri [email protected] ünvanına göndərin.