“Kaspi” təhsil şirkəti 2018-2019-cu tədris ili üçün azərbaycan və rus bölmələri üzrə “Kaspi” liseylərinə, uşaq bağçalarına və hazırlıq mərkəzlərinə müəllimlərin işə qəbulunu elan edir.
Minimum vakansiya tələbləri:
• Müvafiq sahə üzrə minimum bakalavriat dərəcəsi;
• Sahə üzrə ən azı 2 illik pedaqoji təcrübə;
• Kaspi Abituriyent kursları üçün ən azı 2 illik repetitorluq təcrübəsi.
Tələb olunan bilik və bacarıqlar:
• Peşəsinə yüksək motivasiya ilə yanaşma;
• Fərdi və komandada işləmək bacarığı;
• Yüksək çalışmaq və öyrətmək həvəsi;
• Sinfin idarə edilməsi bacarığı;
• Müxtəlif yaş qrupuna aid şagirdlərlə işləmək qabiliyyəti;
• Valideynlərlə qarşılıqlı işləmək bacarığı;
• Müasir təlim və tədris metodlarını tətbiq etmək bacarığı;
• Bağça və Məktəbəqədər hazırlıq kursları üçün məktəbəqədər təhsil üzrə metodiki biliklər.
“Kaspi” Təhsil Şirkəti bizimlə işləməyin müqabilində sizə təklif edir:
• Rəqabətə davamlı əmək haqqı;
• Nahar (“Kaspi” liseylərində və “Kaspi” uşaq bağçalarında);
• Fərdi inkişaf imkanları;
• Tədris əsnasında müasir texnologiyalardan istifadə imkanı;
• Böyük, mehriban və dəstəkləyici işçi heyəti ilə işləmək imkanı;
• Yeni təklif və ideyaları irəli sürmək və reallaşdırmaq fürsəti.
İş şərtləri:
İş saatları:
“Kaspi” liseylərində: I-V günlər, 8:30-17:00 və ya saat hesabı;
“Kaspi” uşaq bağçalarında: I-V günlər, 8:00-17:00 və ya 9:00-18:00;
Kaspi Kids (Məktəbəqədər hazırlıq) kurslarında: I-V günlər, qrupların sayından asılı olaraq;
Kaspi Abituriyent kurslarında: Dərs cədvəllərindən asılı olaraq saat hesabı.
İş yeri: Bakı, Sumqayıt və Gəncə şəhərləri
Elan tarixi: 08.05.2018
Son müraciət tarixi: 20.05.2018
• Maraqlananlar www.kaspi.edu.az/az/vacancies veb səhifəsində İşə müraciət formasını doldurmaqla müraciət edə bilərlər.
• Yalnız müraciət formaları ilkin baxışdan uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.