"METAK" 3 vakansiya üzrə işçi qəbulu elan edir:
Təsərrüfat şöbəsinin rəisi
Vəzifə öhdəlikləri:
Şirkətin təsərrüfat xidmətinin lazımi vəziyyətini, eləcə də işıqlandırma sistemlərinin, ventilyasiyanın saz vəziyyətdə olmasını təşkil etmək.
- Binanın təmirini təşkil etmək, təmir işlərinin keyfiyyətlə yerinə yetirilməsinə nəzarət etmək.
- Şirkətin bölmələrini mebellə, təsərrüfat inventarı ilə, idarəetmənin texniki vasitələri ilə təmin etmək, onların mühafizəsi və vaxtında təmir olunmasına nəzarət etmək.
- İşçiləri təsərrüfatda işlədilən əşya və inventarlarla təmin etmək.
- Sahənin abadlığına, yaşıllaşdırılmasına, təmizlənməsinə, binaların fasadlarının və giriş yerlərinin təmiz olmasına nəzarət etmək.
- Şirkətin sanitar qaydalara uyğun səliqəli və təmiz saxlanılmasını təmin etmək.
- Şirkətə lazım olan təsərrüfat mallarının sifarişini hazırlamaq və təşkil etmək.
- Təsərrüfat və digər malların qalığına daima nəzarət etmək.
- Tabeliyində olan əməkdaşlar arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət etmək.
Tələblər:
Yaş həddi – 32-45.
- Ali təhsil.
- Təssərüfat şöbəsinin rəisi vəzifəsində təcrübə (1 il və daha çox)
- İş avadanlığının istismar qaydalarını, əməyin təşkilinin əsaslarını bilmək.
- MS office proqramlarını bilməli
- Dil bilikləri (Azərbaycan dili, Rus dili)
- Ə/h – 800 azn
- İş vaxtı: həftənin 6 günü, saat 08:00 - 17:00, bazar günü – istirahət
Nahar şirkət tərəfindən verilir.
Ünvan: Böyükşor 15A, AZ1029, Bakı, Azərbaycan
Maraqlananlar saytda onlayn-anketi dolduraraq 30.05.2018–ci il tarixinə kimi müraciət edə bilərlər
https://www.metak.az/resume.php?vid=108
“Biznes proseslərin təkmilləşdirilməsi üzrə mütəxəssis”
İşin təsviri:
- Biznes proseslərinin müəyyən edilməsi və ya onların optimallaşdırılması;
- Müəyyən edilmiş və ya optimallaşdırılması təklif olunan biznes prosesləri üzrə metodologiyanın (normativ sənədlər, texniki tapşırıqlar və s.) hazırlanması;
- Biznes-proseslərin dəyişilməsi üzrə ehtiyaclarının müəyyən edilməsi məqsədi ilə struktur bölmələrin menecerləri ilə iş;
- Texniki tapşırıqların müəyyən vaxt çərçivəsində icrası;
- İşlərin prosedur və təlimatlara uyğun görülməsi;
- Cavabdeh olduğu iş sahələri üzrə muvafiq hesabatların hazırlanması.
Namizədə tələblər:
- Yaş həddi: 25 - 35
- Ali təhsil (İqtisadi və ya riyazi sahədə);
- Maliyyə, mühasibatlıq, auditorluq sahəsində 3 ildən yuxarı iş təcrübəsi;
- İstehsal və xidmət sahəsində Biznes prosesləri bilməli;
- ACCA F3, ERP məntiqli;
- Rus dilinin biliyi;
- Analitik düşüncəsinə malik, komandada işləmək bacarığı olmalı.
Ə/haqqı: müsahibə əsasında
- İş vaxtı: 5 gün, 09:00-18:00;
- Nahar şirkət tərəfindən verilir.
Maraqlananlar saytda onlayn-anketi dolduraraq https://www.metak.az/resume.php?vid=101
31.05.2018 – ci il tarixinə kimi müraciət edə bilərlər.
Təchizat üzrə mütəxəssis
İşin təsviri:
- Tələbnamələrə əsasən daxili bazarın araşdırılması və müqayisə olunması;
- Satınalmalar üzrə sənədləşmə işlərinin aparılması, müxtəlif hesabatların hazırlanması;
- Alınan malların keyfiyyətinə nəzarət edilməsi;
- Gündəlik işlərin planlaşdırılması və analizi;
- Sifarişlərin proqram təminatında yerləşdirilməsi və onların izlənilməsi;
- Çatdırılmaya, logistika və nəqliyyata nəzarətin təşkili.
Tələblər:
- Ali təhsil;
- Azərbaycan və rus dillərini bilmək mütləqdir, ingilis dili arzuolunandır;
- MS Office proqramları üzrə biliklər;
- Yaş həddi: 25 – 35 yaş;
- Satınalma və təchizat sahəsində ən azı 3 il iş təcrübəsi;
- Fərdi və komandada işləmək bacarığı;
- Dəqiq və sürətli işləmək bacarığı.
Əlavə şərtlər:
- Ə/haqqı: 800-1000 AZN;
- İş vaxtı: 5 gün, 09:00-18:00;
- Nahar şirkət tərəfindən verilir.
Maraqlananlar saytda onlayn-anketi dolduraraq https://www.metak.az/resume.php?vid=95
14.03.2018 – ci il tarixinə kimi müraciət edə bilərlər.
Yalniz göstərilən meyarlara uyğun olan namizədlər musahibəyə çağırılacaq.