Polimer Sənaye Parkı MMC Korporativ Satış Nümayəndəsi vəzifəsinə işçi axtarır.
Sahə: Polimersənayesi, qapı və mebel istehsalı
Namizədə Tələblər:
- Yaş həddi: 25-35
- Ali təhsil
- MS Office proqramlarından yüksək səviyyədə istifadə bacarıqları;
- Korporativ satış şöbəsində 3 il iş təcrubəsi;
- Analitik düşünmə tərzi və təşəbbüskarlıq;
- Ünsiyyətcil, işgüzar, səlist və aydın danışıq qabiliyyətinin olması;
- Təqdimat bacarığının olması;
- Azərbaycan, İngilis, Rus dillərində danışma və biznes korrespondensiya
- Müştəri ilə ünsiyyət qurmaq bacarığı
- Aktiv və çalışqan
- Təzyiq altında işləmək bacarığı
- Məqsədyönlü və işinə məsuliyyətli yanaşan
- Kollektivlə işləmə bacarığı
- Öz karyerasını satış sahəsində qurmaq istəyən şəxslər
İnşaat materialların və mebellərin satışı üzrə təcrübəyə malik və şəxsi avtomobili olan şəxslərə üstünlük veriləcək
Vəzifə Öhdəlikləri:
- Korporativ Satış Departamentinin satış hədəfinə çatması üçün verilən tapşırıqları icra etmək;
- Müəssisənin ümumi strateji planı çərçivəsində korporativ satış siyasətini icra etmək;
- Korporativ satış üzrə Dövlət və digər müəssisələrdə keçirilən Tenderlərdə işləmək;
- Korporativ müştəri bazasının formalaşdırılması və yeni əlaqələrin qurulması;
- Yeni müqavilələrin bağlanması üçün potensial müştərilərlə görüşlərin təşkili;
- İşgüzar yazışmaların həyata keçirilməsi və korporativ danışıqların aparılması;
- Müştərilərə təqdimatların keçirilməsi və təkliflərin verilməsi;
- Gündəlik nəticələr haqqında hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək ;
- Rəqib şirkətlər haqqında zamanında və dolğun məlumat toplamaq ;
- Mövcud bazarın təhlil etmək.
İş qrafiki: 5 gün, Əmək məcəlləsinə uyğun olaraq sənədləşmə
Əmək haqqı: Müsahibə əsnasında təyin olunacaqdır (Sabit maaş + bonus).
Polimer Sənaye Parkı MMC Sumqayıtda yerləşir,
Vakansiyaya [email protected] ünvanına mövzuda “Korporativ Satış Nümayəndəsi” qeyd etməklə müraciət edə bilərsiniz.