Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramına kompyuter və sosial bacarıqalar üzrə təlimlər, psixoloji konsultasiyalar və layihə üzrə ilkin qiymətləndirilmənin keçirilməsi üçün xidmət təchizatçıları axtarılır.
Bu proqram BP və onun tərəfdaşlarının sosial investisiya layihələri çərçivəsində həyata keçirilir və AzərbaycanRespublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə British Council tərəfindən icra olunur.
Proqramın əsas məqsədi Bakı şəhərində yaşayan əlilliyi olan şəxslərin məşğulluq bacarıqlarını inkişaf etdirmək və onların iş perspektivlərini artırmaqdır.
Bu məqsədə nail olmaq üçün layihənin iştirakçıları ingilis dili, kompüter və sosial bacarıqların inkişaf etdirilməsi və pso üzrə təlimlərə cəlb ediləcəklər.
Layihədə xidmətlərin icraçı tərəfdaşı kimi iştirak etmək istəyən müəssisə və ya mütəxəssislər təkliflərin qəbulu barədə məlumatı və müraciət üçün ərizə formasını British Council-ın vebsaytından əldə edə bilərlər (https://www.britishcouncil.az/programmes/education-society/pwd).
Müraciət üçün doldurulmuş Ərizə forması 25 fevral 2018-ci il tarixindən gec olmayaraq [email protected] elektron poçt ünvanına göndərilməlidir.
Öz fəaliyyətinə 1997-ci ildə başlamış və ilkin olaraq polad boruların ölkəyə idxalı və daxili bazarda satış ilə məşğul olan şirkətimizin adı artıq bütün ölkədə nüfuz qazanmışdır. 2005-ci ildən, bazar tələbatını nəzərə aldıq, yüksək keyfiyyətli polipropilen xammalından hazırlanan və öz sərfəliliyi və uzunömürlülüyü ilə seçilən plastik boru və fitinqlərin istehsalına başlamışıq. Şirkət artıq 20 illik yubileyini qeyd etmişdir və 650 nəfərlik əməksevər kollektivi ilə perspektivdə olan parlaq nailiyyətlərə imza atmağı qarşısına məqsəd qoymuşdur.