04 Noyabr

“Bank Avrasiya” işçilər axtarır – VAKANSİYA

Bank Avrasiya” Marketinq və reklam üzrə mütəxəssis və proqramçı vəzifələrinə işçi axtarır.

Vəzifə: Marketinq və reklam üzrə mütəxəssis

Namizədlər üçün irəli sürülən tələblər:

Ali iqtisadi,marketinq və ya biznes idarəçiliyi üzrə təhsil

Ən azı 3 il bu sahədə iş təcrübə

Azərbaycan və Rus dillərini mükəmməl bilmək

İngilis dilini yüksək dərəcədə bilmək

MS Office proqramlarının bilikləri

Yaradıcılıq bacarığı

Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı

İşin təsviri:

  • Bankın PR və marketinq strategiyasının müəyyən edilməsində və həyata keçirilməsində iştiraki;

  • Maliyyə bazarının, bankın mövcud məhsul və xidmətlərinin daima təhlil edilməsi;

  • Marketinq kampaniyalarının hazırlanmasında və tətbiqində iştiraki;

  • KİV-lə aktiv işləməsi, mətbuat tədbirlərinin təşkil edilməsi;

  • Yaradılan yeni məhsulların təbliğatı üsullarının müəyyənləşdirilməsi və həyata keçirilməsi;

  • Nəşriyyat materiallarının nümunələrinin hazırlanması və sifarişi;

  • Bankın imicinin və məhsullarının tanınmasına yönəlmiş reklam kampaniyalarının səmərəliliyinin qiymətləndirilməsi;

  • Bankın İnternet səhifələrində məlumatların yeniləşməsinin təşkil edilməsi.

Xahiş olunur yalnız “Bank Avrasiya” ASC-nin CV formasını doldurub [email protected] ünvanına göndərəsiniz və ya ONLINE CV-ni doldurasınız.

CV-ni göndərərkən email-ın mövzu hissəsində Marketinq və reklam üzrə mütəxəssis vəzifəsini qeyd etməyiniz xahiş olunur, əks halda CV-lər qəbul edilməyəcək.

Vəzifə: Proqramçı

Namizədlər üçün irəli sürülən tələblər:

İnformatika və ya riyaziyyat sahəsində ali təhsil;

İnformasiya texnologiyaları sahəsində ən azı 2 il iş təcrübəsi;

C++ ve ya C#, PHP, ASP.NET, Borland Delphi, RAD Studio, Devexpress, Oracle, MSSQL, MYSQL, SQL Server Reporting Services (SSRS), Javascript, Ajax, Jquery, bootstrap, HTML, CSS

üzrə biliklər;

Android Development, IOS Development, MAC Development, PostgreSQL, Apache, İİS server

bilənlərə üstünlük verilir;

PROGRESS bank proqramı bilənlərə üstünlük verilir;

Microsoft Office, Adobe Photoshop və s.

Azərbaycan dilini mükəmməl səviyyədə bilmək;

Texniki ingilis dili bilikləri (minimum texniki sənədləşməni oxuma bacarığı);

Analitik təhlil bacarığı;

Məsuliyyətlilik, dəqiqlik, operativlik və problem həll etmə bacarığı;

Ünsiyyətqurma və komandada işləmək bacarığı.

Vəzifə öhdəlikləri:

  • Yeni proqram təminatların hazırlanması və mövcud proqramların təkmilləşdirilməsi və dəstəyi;

  • Bank daxili proqramların istifadəçilərinə dəstək;

  • Proqram təminatılarına nəzarət edilməsi.

Xahiş olunur yalnız “Bank Avrasiya” ASC-nin CV formasını doldurub [email protected] ünvanına göndərəsinizvə ya ONLINE CV-ni doldurasınız.

CV-ni göndərərkən email-ın mövzu hissəsində Proqramçı vəzifəsini qeyd etməyiniz xahiş olunur, əks halda CV-lər qəbul edilməyəcək.