04 Noyabr

“Holcim (Azerbaijan)” işçi axtarır – VAKANSİYA

Holcim (Azerbaijan)” İri müştərilərlə iş üzrə Menecer vəzifəsinə işçi axtarır.

Missiya:

Tikinti sənayesində problemlərin həlli yolunu göstərən bir şirkət kimi yerini möhkəmləndirmək və şirkəti müştəri üçün üstünlük veriləcək partnor səviyəsinə qaldırmaq.

Mühüm vəzifələr:

Komanda arasında ƏMTT mədəniyyətini aşılamaq və ƏMTT qaydalarına əməl olunmasında fəal dəstək olmaq
• Davranış Kodeksinə əməl etmək
• Əsas müştərilərlə uzun müddətli strateji əməkdaşlıq yaratmaq, onların rəqibə çevrilməsinə şərait yaratmamaq
• Şirkətin öhdəliklərinə nail olmaq üçün strateji planların hazırlanması və tətbiqi

Öhdəliklər:

Satış və marketinq üçün maksimum imkanlar və hər iki tərəf üçün dəyər verən strateji planlar hazırlamaq
• Strateji planların monitorinqini aparmaq və uğurları, riskləri və imkanları qiymətləndirərək planlar hazırlamaq.
• Davamlı olaraq müştərilərin ehtiyacları ilə maraqlanmaq və onları həll etməyə çalışmaq
• Müştərilərin ehtiyaclarını düzgün istiqamətləndirmək məqsədilə digər şöbələrlə əməkdaşlıq etmək
• Əsas müştərilərlə daxili komanda arasında ünsiyyət yaratmaq
• Müştərilərin fəaliyyəti, məqsədləri, haqqında hesabatlar hazırlayıb təqdim etmək və rüblük əsasda həmin hesabatları komanda, maraqlı tərəflərlə bölüşmək, və imkan olduqda nümunə kimi şirkətin təlimlərində istifadə etmək
• Şirkətin strategiyası (satış həcmi, qiymətlər, təmiz satış vəs) çərçivəsində öhdəliklərin yerinə yetirilməsinə səy göstərmək .

Tələb olunan keyfiyyətlər:

Tikinti və tikinti materialları sahəsində Ali təhsil
• Satış, idarəçilik, əsas müştərilərin idarəolunması və ya digər müvafiq sahələrdə 3-4 il iş təcrübəsi
• Müştərilərin ehtiyaclarını görə bilmək və onların təcrübi olaraq həyata keçməsinə nail olmaq
• Yüksək inkişaf etmiş social, insanlarala ünsiyyət yaratmaq qabiliyyəti
• Vaxt intizamı və təzyiq altında işləmək bacarığı
• Təkliflər yazmaq, layihəyə rəhbərlik etmək və analitik bacarığa malik olmaq
• Müştərilərə yüksək səviyyədə təklifləri irəli sürmək bacarığı
• Aydın şəkildə qoyulmuş satış hədfələrinin həyata keçirilməsi istiqamətində sərbəst işləmək
• Danışıq və problemləri həll etmək qabiliyyəti.

Müraciət proseduru:

Maraqlananlar CV-lərini mövzu bölməsində “İri müştərilərlə iş üzrə menecer” yazmaqla [email protected] ünvanında, yerləşdirə bilərlər.

Yerləşdirilimiş bütün müraciətlərə baxılacaq və hamıya bərabər imkan yaradılacaqdır.
CV-lərin son qəbul tarixi: 16 mart 2018-ci ildir.