AFB Bank Satışların idarə olunması departamentində kredit şöbəsinə baş mütəxəssis, məlumat mərkəzinin mütəxəssisi və korporativ müştəri xidmətində baş mütəxəssis vəzifəsinə vakansiya elan edir.
Vəzifə: Satışların idarə olunması departamentinin kredit şöbəsində baş mütəxəssis
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri, İ.Qutqaşınlı küç. 112 (Mərkəzi ofis)
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
• Ali təhsil (iqtisadi, maliyyə, dəqiq elmlər üzrə təhsil);
• Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
• Bank (kredit və qeyri-kredit) məhsulları üzrə dərin biliklərə və geniş məlumatlara malik olması;
• MBNP-nin, Mərkəzi Bankın bu sahəyə aid olan qayda və normativlərini bilmək;
• Analitik düşünmə və operativ qərarvermə qabiliyyəti;
• Maliyyə və kredit analizi bilikləri;
• Azərbaycan və Rus dillərində səlis danışmaq bacarığı, İngilis dilini bilənlərə üstünlük verilir;
• Ofis proqramlarından mükəmməl istifadə bacarığı.
İŞİN TƏSVİRİ:
• Korporativ kreditlər və sənədli əməliyyatlar üzrə daxil olan müraciətlərlə bağlı memorandum hazırlamaq, biznes təhlilini aparmaq;
• Korporativ kreditlər üzrə qaydaların təkmilləşdirilməsi ilə bağlı təkliflərlə çıxış etmək;
• Mövcud müştəri bazasının təhlilini həyata keçirmək;
• Vəzifə funksiyalarından irəli gələn digər öhdəlikləri yerinə yetirmək.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Kredit şöbəsinin baş mütəxəssisi” qeydi edərək[email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.
Məlumat mərkəzinin mütəxəssisi
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
• Ali təhsil;
• Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
• Yaş həddi 22-30;
• Azərbaycan və Rus dillərində sərbəst danışıq bacarığı (ingilis dilini bilmək arzu olunandır);
• Ofis proqramları ilə işləmək bacarığı;
• Bank və bank məhsulları üzrə dərin biliklərə və geniş məlumatlara malik olması;
• Ünsiyyətcil;
• Komandada işləmək bacarığı;
• Müştərilərlə işləmək qabiliyyəti;
• Stressə davamlılıq;
• Yüksək nitq mədəniyyətinə sahib olmaq;
• Sahəyə aid olan qayda və normativləri bilmək;
• Müştərilərlə ünsiyyət qurmaq bacarığı.
İŞİN TƏSVİRİ:
• Daxil olan zənglərə cavab vermək;
• Müştəriləri bank məhsulları haqqında məlumatlandırmaq;
• Müştərilərə onların hesablarının vəziyyəti haqqında məlumat vermək;
• Müştərilərlə əlaqə saxlamaq;
• Satış yönümlü müraciətlərin cavablandırılması və yönləndirilməsi;
• Online konsultasiyada müxtəlif kanallardan gələn müraciətləri cavablandırmaq.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Məlumat mərkəzinin mütəxəssisi” qeydi edərək[email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.
Ərizə qəbulu üçün son tarix – 6 mart 2018-ci il.
Korporativ müştəri xidmətində baş mütəxəssis
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
• Ali təhsil (iqtisadi, maliyyə, dəqiq elmlər üzrə təhsil);
• Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
• Bank (kredit və qeyri-kredit) məhsulları üzrə dərin biliklərə və geniş məlumatlara malik olması;
• Sahəyə aid olan qayda və normativləri bilmək;
• Yaxşı ünsiyyət bacarıqları;
• Azərbaycan və Rus dillərində səlis danışmaq bacarığı, İngilis dilini bilənlərə üstünlük verilir;
• Ofis proqramlarından mükəmməl istifadə bacarığı;
• Komandada işləmək bacarığı.
İŞİN TƏSVİRİ:
• Yeni korporativ müştərilərin cəlb edilməsi məqsədi ilə müştərilərlə birbaşa əlaqələr qurmaq;
• Bankın kredit və qeyri-kredit məhsullarının satışını təşkil etmək;
• Korporativ müştərilərə Bank xidmətlərini təklif etmək;
• Korporativ kreditlər və sənədli əməliyyatlar üzrə daxil olan müraciətlərlə bağlı memorandum hazırlamaq, biznes təhlilini aparmaq;
• Cari müştərilərə çarpaz satışların həyata keçirilməsini təşkil etmək.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Korporativ müştəri xidmətində baş mütəxəssis”qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.
Ərizə qəbulu üçün son tarix – 6 mart 2018-ci il.