04 Noyabr

AFB Bank işçilər axtarır – VAKANSİYA

AFB Bank Satışların idarə olunması departamentin kredit şöbəsinə baş mütəxəssis, məlumat mərkəzinin mütəxəssisi korporativ müştəri xidmətində baş mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Vəzifə: Satışların idarə olunması departamentinin kredit şöbəsində baş mütəxəssis
İş
qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Bakı şəhəri, İ.Qutqaşınlı küç. 112 (Mərkəzi ofis)

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

Ali təhsil (iqtisadi, maliyyə, dəqiq elmlər üzrə təhsil);

Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;

Bank (kredit və qeyri-kredit) məhsulları üzrə dərin biliklərə və geniş məlumatlara malik olması;

MBNP-nin, Mərkəzi Bankın bu sahəyə aid olan qayda və normativlərini bilmək;

Analitik düşünmə və operativ qərarvermə qabiliyyəti;

Maliyyə və kredit analizi bilikləri;

Azərbaycan və Rus dillərində səlis danışmaq bacarığı, İngilis dilini bilənlərə üstünlük verilir;

Ofis proqramlarından mükəmməl istifadə bacarığı.

İŞİN TƏSVİRİ:

Korporativ kreditlər və sənədli əməliyyatlar üzrə daxil olan müraciətlərlə bağlı memorandum hazırlamaq, biznes təhlilini aparmaq;

Korporativ kreditlər üzrə qaydaların təkmilləşdirilməsi ilə bağlı təkliflərlə çıxış etmək;

Mövcud müştəri bazasının təhlilini həyata keçirmək;

Vəzifə funksiyalarından irəli gələn digər öhdəlikləri yerinə yetirmək.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Kredit şöbəsinin baş mütəxəssisi” qeydi edərək[email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.

Məlumat mərkəzinin mütəxəssisi

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Bakı şəhəri.

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

Ali təhsil;

Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;

Yaş həddi 22-30;

Azərbaycan və Rus dillərində sərbəst danışıq bacarığı (ingilis dilini bilmək arzu olunandır);

Ofis proqramları ilə işləmək bacarığı;

Bank və bank məhsulları üzrə dərin biliklərə və geniş məlumatlara malik olması;

Ünsiyyətcil;

Komandada işləmək bacarığı;

Müştərilərlə işləmək qabiliyyəti;

Stressə davamlılıq;

Yüksək nitq mədəniyyətinə sahib olmaq;

Sahəyə aid olan qayda və normativləri bilmək;

Müştərilərlə ünsiyyət qurmaq bacarığı.

İŞİN TƏSVİRİ:

Daxil olan zənglərə cavab vermək;

Müştəriləri bank məhsulları haqqında məlumatlandırmaq;

Müştərilərə onların hesablarının vəziyyəti haqqında məlumat vermək;

Müştərilərlə əlaqə saxlamaq;

Satış yönümlü müraciətlərin cavablandırılması və yönləndirilməsi;

Online konsultasiyada müxtəlif kanallardan gələn müraciətləri cavablandırmaq.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Məlumat mərkəzinin mütəxəssisi” qeydi edərək[email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.

Ərizə qəbulu üçün son tarix – 6 mart 2018-ci il.

Korporativ müştəri xidmətində baş mütəxəssis
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Bakı şəhəri.

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

Ali təhsil (iqtisadi, maliyyə, dəqiq elmlər üzrə təhsil);

Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;

Bank (kredit və qeyri-kredit) məhsulları üzrə dərin biliklərə və geniş məlumatlara malik olması;

Sahəyə aid olan qayda və normativləri bilmək;

Yaxşı ünsiyyət bacarıqları;

Azərbaycan və Rus dillərində səlis danışmaq bacarığı, İngilis dilini bilənlərə üstünlük verilir;

Ofis proqramlarından mükəmməl istifadə bacarığı;

Komandada işləmək bacarığı.

İŞİN TƏSVİRİ:

Yeni korporativ müştərilərin cəlb edilməsi məqsədi ilə müştərilərlə birbaşa əlaqələr qurmaq;

Bankın kredit və qeyri-kredit məhsullarının satışını təşkil etmək;

Korporativ müştərilərə Bank xidmətlərini təklif etmək;

Korporativ kreditlər və sənədli əməliyyatlar üzrə daxil olan müraciətlərlə bağlı memorandum hazırlamaq, biznes təhlilini aparmaq;

Cari müştərilərə çarpaz satışların həyata keçirilməsini təşkil etmək.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Korporativ müştəri xidmətində baş mütəxəssis”qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.

Ərizə qəbulu üçün son tarix – 6 mart 2018-ci il.