Azərbaycan Sənaye Korporasiyası Baş mühasib vakansiyası elan edir.
Tələb olunan keyfiyyətlər:
• Yaş:30-55
• Ali təhsil-Maliyyə, Mühasibat uçotu və audit, Biznesin idarəedilməsi
• İş təcrübəsi – ən azı 3 il
• Dil bilikləri- azərbaycan dili (əla), rus (əla), və ingilis (yaxşı)
• Qeyd olunan sahə üzrə daim elmi biliklərin artırılması həvəsi.
Əsas vəzifə öhdəlikləri:
• Gündəlik uçotun təşkili və aparılmasını təmin etmək;
• Maliyyə və vergi uçotu üzrə hesabatları hazırlamaq;
• Büdcə proqnozlarının hazırlanması və maliyyə təhlili etmək;
• Əmək haqqı və ona bərabər tutulan ödənişlər üzrə hesablamaları və uçotu aparmaq;
• Ödəniləcək vergiləri və sığorta ayırmalarını hesablamaq və ödənilməsini təmin etmək;
• Mühasibat uçotu və hesabatlığa aid digər funksiyaları həyata keçirmək;
• Satınalmalar üzrə müqavilələrin uçotunu aparmaq;
• Əsas vəsaitlərin inventar uçotunu aparmaq;
• Dövlət orqanlarına, yerli və xarici auditorlara təqdim olunan hesabatları hazırlamaq və təqdim etmək;
Üstünlük verildiyi kompyuter proqramları
• 1C
• MS Office proqramları (Word, Excel, PowerPoint)
İş şəraiti:
İş qrafiki: l-V İstirahət günləri: şənbə və bazar
İş yeri: Bakı və Azərbaycanın digər rayon və şəhərləri
Müraciət üçün:
Telefon: (+994012) 5059512
CV (resume) – lər [email protected] ünvanına göndərilməlidir.
Email göndərərkən Mövzu (Subject) hissəsində müraciət olunan vakansiya mütləq qeyd olunmalıdır. Əks halda ərizəniz natamam kimi qiymətləndiriləcək və baxılmayacaq.
Zəhmət olmasa qeyd olunan tələblərə cavab verənlər müraciət etsinlər.
Sənədlərin son qəbul tarixi: 30.03.2018.