04 Noyabr

Maliyyə Bazarlarına Nəzarət Palatası işçi axtarır -– VAKANSİYA

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Hüquq və icraat departamentinin Hüquqi təminat idarəsinin rəisi vəzifəsi üzrə vakansiya elan edir.

Vakant vəzifə üzrə tələblər:

Tam ali təhsil (Hüquq)
5 il iş təcrübəsi (azı 2 il rəhbər təcrübəsi)
Səlis Azərbaycan dili, yüksək səviyyədə ingilis dili bilikləri
MS Ofis proqramları üzrə peşəkar biliklər

Vəzifə öhdəlikləri:

- Maliyyə bazarlarına aid olan mövcud qanunvericiliyinin beynəlxalq standartlara uyğun olaraq mütəmadi təkmilləşdirilməsi və milli qanunvericiliyin bu sahədə qəbul edilmiş hüquqi aktlara uyğunlaşdırılması prosesinə nəzarət etmək;
MBPN-nin müvafiq departamentlərinə maliyyə bazarlarına nəzarət sahəsində tədbirlərin həyata keçirilməsində hüquqi yardım göstərilməsi;
MBPN-nin fəaliyyəti ilə əlaqədar hüquqi təminatın həyata keçirilməsi;
Maliyyə bazarlarına aid olan hüquqi aktların layihələrinin hazırlanması, razılaşdırılması və qüvvəyə minməsi və daxil olan hüquqi aktlar layihəsinə rəylərin verilməsi;
Qüvvədə olan qanunvericilik, xarici dövlətlərin qanunvericiliyi və beynəlxalq standartların təhlili üzrə sənədlərin hazırlanması;
Məhkəmə instansiyalarında MBPN-nin təmsil edilməsi;
Maliyyə bazarları sahəsində hüquqi aktlara, dövlət proqramlarına, beynəlxalq təşkilatlara təqdim olunan dövri hesabatlara dair rəy və təkliflərin, habelə MBPN-nin digər aidiyyəti hesabat layihələrinin hazırlanmasında iştirak etməsi;
MBPN-nin bağladığı təsərrüfat və digər mülki-hüquqi xarakterli müqavilələrin tərtib edilməsi və onların hüquqi ekspertizasının həyata keçirilməsi;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzuda vakansiyanın adını qeyd etməklə 15 fevral 2018-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.