Dəyişən bazarda 15 illik fəaliyyət tarixinə malik olan PRONET Prospect ERP şirkəti bir neçə vakansiyalar üzrə namizədləri əməkdaşlığa dəvət edir.
PRONET Prospect ERP hər bir əməkdaşın dəyərini bilən və sadiq əməkdaşlar axtaran bir şirkət kimi işinə sevgi ilə yanaşan və şirkətə öz töhvəsini verməyə hazır olan namizəd axtarışındadır. Korporativ maraqları qorumağı bacarırsansa, komandada çalışmağa hazırsansa, daimi inkişafa meyilli müvafiq bilik və bacarıqlara sahibsənsə, vaxt itirmədən CV-ni göndər və PRONET Prospect ERP ailəsinə qoşul!
Şirkət aşağıdakı vəzifələr üzrə vakansiya elan edir:
BİZNESİN İNKİŞAFI ÜZRƏ MENECER
İş barədə məlumat:
- Korporativ əlaqələrin qurulması, inkişafı və genişlədirilməsi;
- B2B satışların artırılması ilə bağlı operativ və strateji planlaşdırma.
Tələblər:
- Satış və müştərilərlə münasibət sahəsində 3 ildən artıq təcrübə;
- İKT meyli və yüksək səviyyədə istifadəçi bilikləri;
- Əlavə dil bilikləri: rus və ingilis;
- Yaş həddi: 25-35.
- Yeni satış seqmetlərin və kanalların araşdırılması və fəaliyyətin planlaşdırılması;
- Birinci şəxslərlə görüşlərin keçirilməsi və əlaqələrin qurulması;
- Mövcüd satış kanalların inkişaf etdirilməsi və genişləndirilməsi;
- Rəqiblərin öyrənilməsi, təhlili və fəaliyyətlərinin təqibi;
- Satış planın planlaşdırılması, optimallaşdırılması və icrasına nəzarət.
İstəklər:
- Daim öyrənmək və inkişaf etmək istəyi;
- Stresə davamlı və yüksək ünsiyyət qabiliyyəti;
- Özünə və tabeçiliyində olanlara qarşı yüksək tələbkarlıq;
- Yüksək işgüzarlıq qabiliyyəti və hədəfli olması;
- Analitik düşüncə tərzi və məntiqə malik olması;
- Ambisialı və özünə güvənlik;
- Ezamiyyətə getməyə hazır olmaq.
İş şəraiti:
- 6 günlük iş qrafiki, şənbə - qısa iş günü.
- İstirahət günü: bazar;
- Nahar şirkət tərəfindən ödənilir.
HR VƏ BİZNES PROSESLƏRİN (BP) İDARƏ OLUNMASI bölməsinin rəhbəri
İş barədə məlumat:
- əmək bazarının monitorinqi və analizi;
- yeni potensial kadrların axtarışı və şirkətə cəlb edilməsi;
- bölmənin işinin təşkili və idarə edilməsi;
- əməkdaşların motivasiya proqramının hazırlanması;
- telefon və şəxsi intervyuların aparılması;
- şirkətin adından danışıqların aparılması;
- rəhbərliyə namizədlərin, hesabat və planların təqdimatı;
- yeni əməkdaşların adaptasiya planının hazırlanması;
- daxili kadr rezervinin hazırlanması;
- qiymətləndirmə, təlim, planlaşdırma və karyera inkişaf planının hazırlanması;
- vəzifə təlimatlarının hazırlanması;
- şirkət daxili BP-in hazırlanması və icrasına nəzarətin təşkili;
- şirkətin BP-nin daim izlənilməsi, öyrənilməsi və təkmilləşdirilməsi.
Tələblər:
- oxşar sahədə 3 ildən artıq təcrübə;
- İKT meyilli və yüksək səviyyədə istifadəçi bilikləri;
- əlavə dil bilikləri: rus və ingilis;
- yaş həddi: 25-35.
İstəklər:
- daim öyrənmək və inkişaf etmək istəyi;
- stressə davamlı və yüksək ünsiyyət qabiliyyəti;
- özünə və tabeçiliyində olanlara qarşı yüksək tələbkarlıq;
- analitik düşüncə tərzinə malik olması.
İş şəraiti:
- 6 günlük iş qrafiki, şənbə - qısa iş günü.
- İstirahət günü: bazar;
- Nahar şirkət tərəfindən ödənilir.
MÜHASIB-XƏZİNƏDAR
Tələblər:
- Maliyyə və mühasibatlıq sahəsi üzrə Ali təhsil;
- 1C, MS Office (MS Excel) proqramlarını bilməli;
- Yaş həddi: 23-30;
- Azərbaycan və Rus dillərində sərbəst danışmalı və yazmalı;
- Riyazi biliklər və çevik hesablama qabiliyyəti olmalı;
- Təhlil etmə bacarığı və analitik düşüncəyə sahib olmalı.
İş barədə məlumat:
- Gündəlik və aylıq hesabatların tərtib edilməsi;
- Gündəlik qaimə, hesab fakturaların yazılması;
- Bank əməliyyatlarının həyata keçirilməsi;
- Kassa əməliyyatlarının yerinə yetirilməsi.
- Vergilərlə iş.
İstəklər:
- Daim öyrənmək və inkişaf etmək istəyi;
- Stressə davamlı və yüksək ünsiyyət qabiliyyətli;
- Ambisiyalı və özgüvənli.
İş şəraiti:
- 6 günlük iş qrafiki, şənbə - qısa iş günü.
- İstirahət günü: bazar;
- Nahar şirkət tərəfindən ödənilir;
- Əmək haqqı – 500 AZN.
PROQRAM TƏMİNATLARININ TƏTBİQİ ÜZRƏ MENECER
İş barədə məlumat:
- Xoş görkəmli;
- Rahat ünsiyyət quran;
- Məsuliyyətli;
- Təşəbbüskar;
- Operativ;
- Stressə davamlı;
- Öyrənmək və inkişaf etmək istəyi;
- Məntiqi və analitik düşünmə qabiliyyəti;
- Yaş həddi: 20-25;
- Cinsi – KİŞİ.
Tələblər:
- Azərbaycan-Rus dilləri səlis danışıq (İngilis dili bilənə üstünlük verilir);
- Komputer bilikləri: MS Word, MS Excel, MS Power Point.
İstəklər:
- İstifadəçi tələblərinin toplanması, analizi və sənədləşdirilməsi;
- Müştərilərlə sərbəst ünsiyyət qurmaq;
- Müştəriləri dinləmək və düzgün izah etmək;
- Müştərilərə şirkətin təqdim etdiyi proqram təminatları üzrə təlim keçmək və ətraflı izah etmək;
- Mütəmadi olaraq aparılan işlərin təhlili aparmaq və hesabatını təqdim etmək.
İş şəraiti:
- 6 günlük iş qrafiki, şənbə - qısa iş günü.
- İstirahət günü: bazar;
- Nahar şirkət tərəfindən ödənilir.
PRODUCT MANAGER
İş barədə məlumat:
- Proqram təminatı məhsulları haqda biliklərə yiyələnmək;
- Mövcud məhsullar haqqında arayışlar hazırlamaq;
- Məhsulların hazırlanmasında və sınaq yoxlama işlərində iştirak etmək;
- Sifarişcilərlə daim təmasda olmaq və tələblərini təhlil etmək;
- Məhsulların təqdimatları (ppt), video və ya audio kontentlərin hazırlanmasında iştirak etmək;
- Məhsulların təkmilləşdirilməsi ilə bağlı təkliflər irəli sürmək;
- Bazar araşdırmaları üçün lazım olan tədqiqatları aparmaq;
- Rəqibləri araşdırmaq və daim izləmək.
Tələblər:
- müvafiq sahədə ən az 3 il təcrübə;
- İKT meyilli və yüksək səviyyədə istifadəçi bilikləri;
- əlavə dil bilikləri: rus və ingilis;
- yaş həddi: 25-35;
- cinsi - kişi;
İstəklər:
- daim öyrənmək və inkişaf etməyə meyilli olmalı;
- stressə davamlı, yüksək ünsiyyət və komandada işləmə bacarığına sahib olmalı;
- kreativ və yaradıcı olmalı;
- yüksək işgüzarlıq qabiliyyəti və hədəfli olmalı;
- texniki biliyi və avtomatlaşdırma sistemləri üzrə təcrübəsi olanlara üstünlük verilir.
İş şəraiti:
- 6 günlük iş qrafiki, şənbə - qısa iş günü.
- İstirahət günü: bazar;
- Nahar şirkət tərəfindən ödənilir;
- Əmək haqqı 1000 AZN.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə müvafiq vakansiya adını yazaraq [email protected] ünvanına göndərməsi xahiş olunur.
PRONET Prospect ERP ailəsinə qoşulmaq istəyənlər vakansiyalar haqqında saytımızın karyera bölümünü -http://prospect.az/career və facebook səhifəmizi izləməklə məlumat əldə edə bilərlər.
Əlaqə nömrələri:
+994 12 310 21 21
+994 77 277 62 77