"Optimal Elektronics"MMC aparıcı kredit mütəxəssisi vəzifəsinə işçi axtarır.
Tələblər:
- Təhsil : Ali
- İş stajı : müvafiq sahədə ən azı 3 il
- Dil biliyi : Azərbaycan dilində səlist danışmaq/yazmaq
- Kompüter biliyi: Microsoft Office (xüsusən Word və Excel) proqramlarında sərbəst işləmək bacarığı
- Yüksək analitika qabiliyyəti
- Yüksək ünsiyyət və təqdim etmə bacarıqlar
- İdarəetmə bacarıqları
Əsas vəzifələr:
- Daxil olmuş kredit müraciətlərini analiz etmək;
- Daxil omuş kredit sənədlərinin düzgünlüyünü yoxlamaq;
- Müştəri təqdim etdiyi məlumatların dəqiqliyini araşdırmaq ;
- Uyğun kredit müraciətlərinin baş ofis tərəfindən təsdiq edilməsini təmin etmək;
- Kredit portfelinə nəzarət etmək və gündəlik ödəmələri təqib etmək;
- Kredit Departamentinin direktoruna (və ya direktor müavinlərinə) gündəlik hesabatların təqdim edilməsi.
İş şəraiti:
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• Həftədə 5 iş günü, 2 gün istirahət
• Karyera yüksəlişi imkanı
• Baza əmək haqqı ilə yanaşı, bonus sistemindən faydalanmaq.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Aparıcı kredit mütəxəssisi” qeyd edərək öz CV-lərinizi [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.
Son tarix: 15.02.2018