04 Noyabr

“Nurgun Holding” 1000 manat maaşla işçi axtarır – VAKANSİYA

Nurgun Holding” avtomobil üzrə brend menecer vəzifəsinə işçi axtarır.

Əmək haqqı: 800-1000 AZN

İş barəsində:

- Satışın təhlilini həyata keçirir, məhsulların hədəf seqmentlərini müəyyən edir;
- Effektiv srateji marketinq və brendinq planları hazırlayıb həyata keçirmək yolu ilə brendin satışına təsir etmək;
- Potensial müştərilər üçün məhsulların təqdim olunmasını, tematik seminarların keçirilməsini təşkil edir;
- Məhsulların qiymət siyasətini hazırlayır, satış şərtlərini müəyyən edir;
- Satışın həcmini proqnozlaşdırır və proqnozlara uyğun məhsul sifariş edir;
- Biznes tərəfdaşlarla danışıqların və yazışmaların aparılmasını həyata keçirir;
- Rəqiblərin qiymət siyasətini, bazar payını, satış aktivliyini araşdırır və görülən işlər barədə rəhbərliyə hesabat hazırlayır;
- Brendlərin inkişafı üzrə yeni təkliflər irəli sürmək

Tələblər:

- Ali iqtisadi təhsil (marketinq, brend menecment üzrə təhsil alan, təlim və kurslardan sertifikat qazananlara üstünlük veriləcək);
- Sürücülük vəsiqəsi;
- Azərbaycan, rus və ingilis dillərində mükəmməl olmalı;
- Avtomobil sektorunda iş təcrübəsi;
- Analiz bacarığı;
- Üstün kompüter bilgiləri (MS Office) olmalı
- Yüksək ünsiyyət bacarıqları;
- İnkişafa meylli, məsuliyyətli, dəqiq, ciddi, səliqəli olmalı;
- Yaş həddi 25-35 arası.

Digər məlumatlar:

- yüksək karyera imkanları;
- iş saatları: 09:00-dan 18:00-dək;
- 5 günlük iş qrafiki;
- əmək haqqı 800 - 1000 AZN.

Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-ni (Azərbaycan və yaxud rus dilində) mövzu yerinə "Avtomobil üzrə brend menecer" yazmaqla hr@nurgün.az ünvanına göndərə bilərlər.