04 Noyabr

“Access Bank” işçilər axtarır –VAKANSİYA

Access Bank” rəqəmsal bankçılıq üzrə mütəxəssisi vəzifəsinə işçi axtarır.

Öhdəliklər:

  • Rəqəmsal Xidmətlərin inkişafı və təbliğatında aktiv iştirak etmək

  • Biznes proseslərin hazırlanması və təkmilləşdirilməsi

  • Biznes tərəfdaşlarla yazışmalar

  • Analitik məlumatlarla iş, hesabatların hazırlanması

  • Bazarın təhlili

Tələblər:

  • Ali təhsil (iqtisadiyyat və ya texniki təhsilə üstünlük verilir)

  • Analitik və müştərilərlə iş üzrə minimum 2 il təcrübə

  • Danışıqlar aparmaq bacarığı, ünsiyyətcillik

  • Yüksək səviyyədə azərbaycan, ingilis və rus dili biliyi

  • MS-Office (Excel, PowerPoint, Word) programlarında sərbəst işləmək bacarığı

  • Təşəbbüskarlıq, analitik bacarıqlar, stress vəziyyətlərində özünü idarə etmək qabiliyyəti

  • Yeni texnologiyaları öyrənmək və sınamaq həvəsi

  • Tapşırıqların həllində çeviklik

  • Komanda daxilində məsuliyyətli, yüksək keyfiyyətli işləmək bacarığı və istəyi

  • Kreativ düşüncə

Maraqlanan şəxslər öz CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilər.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.

Java developer

Öhdəliklər:

  • Adapterlərin və servislərin işlənib hazırlanması, inteqrasiya şininin (ESB) sazlanması.

  • İnteqrasiya şininin tətbiqi üzrə işlərin icrası (layihələndirmə, quraşdırma, sazlama, sınaqdan keçirmə, layihə və istismar sənədlərinin yaradılması).

Tələblər:

  • Ali təhsil (kompüter texnologiyaları sahəsində təhsilə üstünlük verilir).

  • Java programlaşdırılması sahəsində 3 ildən artıq iş təcrübəsi.

  • МS SQL arxitekturasını və sorğu dilini bilmək

  • Texniki və istifadəçi sənədlərinin yaradılması təcrübəsi

  • Analitik təfəkkür, nəticəyə yönümlülük, komandada işləmək bacarığı, məsuliyyət.

Maraqlanan şəxslər öz CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilər.

Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.