04 Noyabr

“Rabitəbank” işçilər axtarır –VAKANSİYA

Rabitəbank” “Korporativ və OKB kreditləri üzrə mütəxəssis / baş mütəxəssis (Bakı, Quba, Qusar, Xaçmaz, Şəki, Şamaxı, Ağsu, Kürdəmir və Şirvan filialları) vəzifəsinə işçi axtarır.

Vəzifə və öhdəliklər:

  • Yeni korporativ müştərilərin axtarışı və cəlb olunması (İşlədiyi region və ona yaxın bölgələr üzrə);

  • Müəyyən edilmiş satış hədəflərinin yerinə yetirilməsi;

  • Müştərilərin bizneslərinin maliyyə təhlilinin aparılması;

  • Kredit işinin kredit komitəsinə hazırlanması və təqdim edilməsi;

  • Kredit portfelinin keyfiyyətinə nəzarət edilməsi.

Namizədə olan tələblər:

  • Ali təhsil;

  • Müvafiq sahədə azı 3-4 il iş təcrübəsi;

  • Yüksək analitik düşüncəyə malik olması;

  • Yüksək təqdim etmə və kommunikasiya qabiliyyəti;

  • Qarşıya qoyulan məqsədlərə çata bilmə qabiliyyəti;

  • Komandada işləmək bacarığı;

  • Dəqiqlik, düzgünlük və məsuliyyətlilik kimi müsbət göstəricilərə malik olması.

Qeyd edilən tələblərə uyğun olan namizədlər öz müraciət anketlərini [email protected] e-mail ünvanına göndərə bilərlər. Məktubun mövzusunda iddia etdiyiniz vakant vəzifə “Korporativ və OKB kreditləri üzrə mütəxəssis / baş mütəxəssis ” mütləq qeyd olunmalıdır.