04 Noyabr

Veysəloğlu Şirkətlər Qrupu işçi axtarır - VAKANSİYA

Veysəloğlu Şirkətlər Qrupu işə qəbul mütəxəssisi vəzifəsinə işçi axtarir.

Təcrübə, bilik və bacarıqlarınız:

Ali təhsil
• Müvafiq sahədə minumum 2 il iş təcrübəsi
• Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə biliklər
• Sərbəst ingilis və rus dili biliyi
• MS Office proqramlarında sərbəst istifadə bacarığı
• Logo Tiger proqramından sərbəst istifadə bacarığı arzuolunandır
• Yüksək ünsiyyət və analitik düşünmə qabiliyyəti
• Daim inkişafa meyillilik
• Dürüstlük, obyektivlik və təşəbbüskarlıq

Vəzifənin qısa təsviri:

Şirkətin işəqəbul və yerləşdirmə müddətində lazımı proseslərə nəzarətin aparılması
• İşəqəbul hazırlıqlarının və iş müsahibələrinin təşkili
• İşəqəbul hesabatlarının hazırlanması
• Mövcud vakansiyalarla bağlı iş elanlarının hazırlanılması və yerləşdirilməsi
• İşəqəbul prosesi zamanı arxivləşdirmə və sənədləşmə əməliyyatlarının aparılması
• Namizədlər bazasının daim yenilənməsi
• Vakansiyalara uyğun namizədlərin seçilməsi, müsahibə nəticələri barədə namizədlərin xəbərdar edilməsi
• CV incələmə, İşəqəbul testlərinin həyata keçirilməsi
• Vakansiyalarla bağlı struktur rəhbərləri ilə işin təşkilinin aparılması

Sizə nə vəd edirik:

Rəqabətədavamlı əmək haqqı
• Müddətsiz əmək müqaviləsi
• Hədəfli karyera inkişafı və cəlbedici daxili və xarici təlimlər
• Dinamik iş şəraiti
• İşgüzar və mehriban kollektiv
• Nəqliyyat təminatı
• Nahar yeməyi

Komandamıza qoşulmaq üçün CV-nizi [email protected] ünvanına “İşə qəbul mütəxəssisi” qeyd etməklə göndərə bilərsiniz.