04 Noyabr

“Optimal Electronics” işçi axtarır – VAKANSİYA

"Optimal Elektronika" MMC merçendayzer vəzifəsinə işçi axtarır.

Tələblər:

Təhsil: Ali və ya orta
• Azərbaycan dilini səlist bilməli, rus dilini bilənlərə üstünlük verilir
• Elektronika sahəsində satış məsləhətçisi və merçandayzer kimi təcrübəsi olması arzu olunandır.
• Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalıdır.
• Kreativ olmalıdır.

Əsas vəzifələr:

Məhsulların ticarət nöqtələrində şirkətin standartlarına uyğun təyin edilmiş plan üzrə düzülüşünü təmin etmək;
• Günlük planlaşdırılmış ticarət nöqtələrinə ziyarəti həyata keçirmək;
• Ticarət nöqtələrində olmayan məhsullar haqqında məlumatı satış şöbəsinə çatdırmaq;
• Malların təyin edilmiş plan üzrə müəyyən edilmiş görünüşünü yoxlamaq;
• Mağazanın ümümi yoxlanışı haqqında blankı doldurub rəhbərliyə təqdim etmək;
• Ehtiyac olduqda bukletlərin paylanmasını təmin etmək.

İş şəraiti:

AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• Həftədə 6 iş günü, 1 gün istirahət
• Karyera yüksəlişi imkanı

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Merçendayzer” qeyd edərək öz CV-lərinizi şəkil əlavə etməklə [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.

Vakansiyaya son müraciət tarixi: 30.12.2017