"Optimal Elektronika" MMC merçendayzer vəzifəsinə işçi axtarır.
Tələblər:
• Təhsil: Ali və ya orta
• Azərbaycan dilini səlist bilməli, rus dilini bilənlərə üstünlük verilir
• Elektronika sahəsində satış məsləhətçisi və merçandayzer kimi təcrübəsi olması arzu olunandır.
• Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalıdır.
• Kreativ olmalıdır.
Əsas vəzifələr:
• Məhsulların ticarət nöqtələrində şirkətin standartlarına uyğun təyin edilmiş plan üzrə düzülüşünü təmin etmək;
• Günlük planlaşdırılmış ticarət nöqtələrinə ziyarəti həyata keçirmək;
• Ticarət nöqtələrində olmayan məhsullar haqqında məlumatı satış şöbəsinə çatdırmaq;
• Malların təyin edilmiş plan üzrə müəyyən edilmiş görünüşünü yoxlamaq;
• Mağazanın ümümi yoxlanışı haqqında blankı doldurub rəhbərliyə təqdim etmək;
• Ehtiyac olduqda bukletlərin paylanmasını təmin etmək.
İş şəraiti:
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• Həftədə 6 iş günü, 1 gün istirahət
• Karyera yüksəlişi imkanı
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Merçendayzer” qeyd edərək öz CV-lərinizi şəkil əlavə etməklə [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.
Vakansiyaya son müraciət tarixi: 30.12.2017