04 Noyabr

Sumqayıt Texnologiyalar Parkı MMC işçi axtarır – VAKANSİYA

Sumqayıt Texnologiyalar Parkı Təlim mərkəzinin administrator vzifəsinə işçi axtarır.

Vəzifə öhdəlikləri:

Bütün inzibati məsələlərin vaxtında yerinə yetirilməsini təmin etmək;
• Təlim proqramlarının hazırlanmasında iştirak etmək;
• Müvafiq təlim materiallarını tərcümə etmək;
• Təlim iştirakçıları və təlimçilər ilə sıx əlaqədə olmaq;
• Bütün təlim materiallarının düzgün şəkildə hazırlanmasına yardım etmək;
• Təlim öncəsi otaqların tam olaraq hazırlanması;
• Tələb olunan hallarda ofisdə ümumi telefon zənglərinə cavab vermək;
• Mərkəzin səmərəli fəaliyyətini təmin etmək üçün tələb olunan digər vəzifələrin icrası.

Təhsil/Təcrübə:

Ali təhsil (Mühəndislik sahəsində arzuolunandır);
• Analoji sahədə ən azı 3 il iş təcrübəsi (İstehsalat sahəsində arzuolunandır);
• Azərbaycan dilində sərbəst danışmaq, Rus və İngilis dillərini yüksək səviyyədə bilmək;
• Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilmək;
• Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
• Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır.

Əlavə məlumatlar:

Maaş: Razılaşma əsasında;
• Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;
• E-mail:
[email protected] və ya [email protected]