04 Noyabr

Expressbank işçi axtarır – VAKANSİYA

Expressbank” ASC kiçik və orta biznes kreditləri bölməsi mütəxəssis vəzifəsinə işçi axtarır.

Tələblər:

- Ali iqtisadi təhsil;
- Biznes kreditlərlə iş sahəsində 2-3 il iş təcrübəsi;
- Təhliletmə qabiliyyəti
- Azərbaycan dilində sərbəst danışıq bacarığı;
- Analitik düşüncə;
- Әla ünsiyyət qurma və komandada işləmək bacarığı;

Vəzifə öhdəlikləri:

- Yeni korporativ müştərilərin cəlb edilməsi (Müştərilərlə görüş almaq, görüşlər keçirmək, təkliflər hazırlamaq, müştərilərə bank məhsulları haqqında tam, dolğun, dəqiq məlumatlar vermək);
- Biznes kreditləri üzrə sifarişlərin qəbul edilməsi, kreditləri bankın daxili prosedur və qaydalarına uyğun verilməsi;
- Biznes kreditlərinin təhlil edilməsi, girovun qiymətləndirilməsi məqsədilə ilkin monitorinq keçirilməsi;
- Rəhbərliyə gündəlik, həftəlik və aylıq satış haqqında hesabatların hazırlanması;
- Korporativ satış bazasının mütəmadi olaraq inkişaf etdirilməsi;
- Satış texnikaları üzrə biliklərin işində tətbiq edilməsi;
- Müştəri məmnuniyyətinin təmin edilməsi;
- Bankın işgüzar nüfuzunun qorunması.

Maraqlanan şəxslər https://www.expressbank.az/aboutus/vacancies.html linki ilə mövcud olan vakansiyalarla tanış olaraq, CV-lərini [email protected] email ünvanına göndərə bilərlər.