04 Noyabr

«Atəşgah Sığorta Şirkəti» işçi axtarır – VAKANSİYA

«Atəşgah Sığorta Şirkəti» korporativ satış şöbəsinin mütəxəssisi vəzifəsinə işçi axtarır.

Satış həcminin artması ilə bağlı Şirkət aşağıdakı tələblərə cavab verən namizədlər axtarır:

Namizədə tələblər:

-​ Yaş: 23-35

-​ Təhsil: Ali

-​ İş təcrübəsi: Müştəri xidmətləri, satış sahəsində (həmçinin sığorta və ya bank sahəsində) olanlara üstünlük verilir

- Dil bilikləri: Azərbaycan (əla), əlavə olaraq Rus və ya İngilis dili (əla –mütləqdir)

Şəxsi keyfiyyətlər:

- Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı

-​ Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı

- Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı

- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi

-​ Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı

Əsas vəzifə öhdəlikləri:

- Potensial korporativ müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlər keçirmək;

- Müştərilərin tələblərini nəzərə alaraq, uyğun sığorta məhsulunu təklif etmək;

-​ Sığorta qaydaları haqqında müştərinin dəqiq məlumat almasında ona köməklik göstərmək;

- Sığorta məhsullarının satışı üzrə müəyyən olunan planı yerinə yetirmək;

- Yeni və mövcud müştərilər üzrə məlumat bazasını aparmaq;

- İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirmək.

İş şərtləri

- Əmək müqaviləsi bağlanılır

- İş vaxtı 09:00 - 18:00

-​ İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)

-​ Şirkət tərəfindən korporativ nömrə və danışıq vaxtı verilir

- Şirkət tərəfindən görüşlər üçün sürücü və avtomobil təqdim olunur

- Sabit əmək haqqı sınaq müddətində 400 AZN

- Sınaq müddətindən sonra 500 AZN + rüblük motivasiya

Məlumatlandırıcı qeydlər

-​ Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun

- CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur

-​ CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin

- Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir

-​ İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur

- Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin

- CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun

-​ İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq

- Maraqlananlar öz CV formalarını [email protected] ünvanına göndərə bilər.